Microsoft, Google Çin təchizat zəncirinə olan asıllıqlarını azaldır
Microsoft, Amazon Web Services (AWS) və Google, artan ABŞ-Çin gərginlikləri səbəbindən təchizat zəncirlərində Çin asılılığını azaltmaq səylərini sürətləndirir.
Biznes.az xəbər verir ki, Microsoft, təchizatçılarından Surface noutbukları, məlumat mərkəzi serverləri və Xbox konsollarının "Çin xaricində" istehsalına hazırlıq görmələrini tələb edib. Şirkət, montaj və əsas komponentlərin tam köçürülməsini 2026-cı ilə qədər hədəfləyir. Microsoft-un server istehsalının böyük bir hissəsi artıq Çin xaricinə köçürülüb və şirkət server komponentlərinin ən azı 80%-inin başqa mənbələrdən təmin edilməsini məcburi edir.
AWS də süni intellekt məlumat mərkəzi serverlərinin istehsalını Çin xaricinə daşıyır və uzun müddət əməkdaşlıq etdiyi Çinli təchizatçılar, məsələn SYE üçün alternativləri qiymətləndirir. Lakin maliyyət və keyfiyyət üstünlükləri səbəbindən bunların yerinə keçəcək təchizatçı tapmaq çətin prosesdir.
Google isə Taylanddakı server istehsal qabiliyyətini ikiqat artırıb və montaj, hissələr və komponentlər üçün yerli təchizat ekosistemi yaradır.
Bu addımlar, Pekinin nadir torpaqlar üzərində tətbiq etdiyi ixrac nəzarətləri və Vaşinqtonun tarif hədələri kimi geosiyasi risklərdən yaranan ABŞ texnologiya şirkətlərinin Çindən ayrılmaq istiqamətindəki daha geniş səylərini əks etdirir.

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Yatırım olmadan necə biznes qurmaq olar?
Bill Qeyts kimdir?
Kriptovalyuta nədir və necə alınır?
Az pulla hansı işi qurmaq olar?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?