"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Amerikada yüksək inflyasiya və Avropada müharibə riskləri fonunda dünya birjalarında qeyri-müəyyənlik müşahidə edilir. EURUSD bir həftədir 1.13 - 1.14$ aralığında dalğalanmaqdadır.
Bu istiqamətdə bu həftə bazar ertəsi Bakı vaxtı ilə saat 12:30-da Almaniyadan və yarım saat sonra Avrozonadan dərc ediləcək sənaye sektoruna dair işgüzarlıq indeksi önəmli rol oynayacaqdır. Çərşənbə günü saat 14:00-da açıqlanacaq Avrozonadan inflyasiya rəqəmləri də diqqət mərkəzindədir.
GBP.
Eyni texniki mənzərə GBPUSD məzənnəsində də müşahidə edilir. Hazırda 1.36$-ın üzərində müqavimətlə rastlaşan funt sterlinqin gələcək qiyməti üçün də bazar ertəsi İngiltərədən yayımlanacaq sənaye sektorunda aktivlik indeksi böyük maraqla gözlənilir.
TRY.
USDTRY məzənnəsində isə yanvar ayından etibarən stabilləşmə təmin edilib. Lirə 13 səviyyələri ətrafında dalğalanmaqdadır və üfüqi trendin davam edəcəyi proqnozlaşdırılır.
OIL.
Enerji birjalarında neftə olan tələbin yüksək olması ilə yanaşı, təklifin artması ehtimalları Brent qiymətinin 93$-a enməsinə səbəb olub və korreksiya 88$-a kimi dərinləşə bilər.
Cümə axşamı saat 20:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Yüksək inflyasiya risklərinin yenidən gündəmə gəlməsi ilə qızılda da yüksəliş bərpa olunub. Gələcək günlər ərzində isə növbəti dalğa üçün 1903$-ın (61.2 $/qram) qırılması vacib rol oynayacaqdır. Bundan sonra bahalaşma 1942$-a (62.4 $/qram) kimi güclənə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin
Analitika Departamenti
"İnvest-AZ İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir. /fed.az

İnvestisiya     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. xəbər verir ki, söhbət zamanı Preziden

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - FOTOLAR 

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – "AIIF 2026") öz işinə başlayır. biznes və maliyyə xəbərlər

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

AMB investisiya şirkətləri üçün kapital tələblərini yenilədi

"2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiya"sına uyğun olaraq, kapital bazarları iştirakçılarının dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin beynəlxalq tənzimləmə standartlarına uyğunluq səviyyəsini

Dövlət Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq

Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İnvestisiy

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

​Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ötən il ticarət dövriyyəsinin ümumi həcmi 9 milyard ABŞ dollarını ötüb. . Azərbaycan TDT-nin Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon dollar ayırıb

AİH-nin idarəetməsində olan şirkətlər 2026-cı ilin ilk yarısında yüksək artım və ixrac göstəriciləri - NÜMAYİŞ ETDİRİB

"Azər-Türk Bank" ASC-nin xalis mənfəəti 50%, "Azəralüminium" MMC-nin ixracı 46%, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin ixracı isə 75%-dən çox artıb. xəbər verir ki, Azərbaycan İnvestisiy

Neft Fondu 1 trilyonluq şirkətlə investisiya imkanı araşdırır - NƏHƏNG MƏBLƏĞLƏR

Dövlət Neft Fondunun (ARDNF) və "Brookfield" şirkəti arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi və yeni birgə investisiya imkanlarının araşdırılması ətrafında fikir mübadiləsi aparılıb. biznes və maliyyə xəbərlər

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib


iqtisadi xeberler valyuta xeberleri iqtisadiyyat xeberleri biznes qurmaq dollar manat kursu