"İnvestisiya fəaliyyəti haqqında" yeni qanun - LAYİHƏSİ HAZIRLANIB

Martın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
FED.az xəbər verir ki, komitənin sədri Tahir Mirkişili iclasın gündəliyi ilə bağlı məlumat verib, 6 məsələnin müzakirəyə çıxarıldığını bildirib.
Gündəliyin təsdiqindən sonra ilk olaraq yeni hazırlanmış "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsinə birinci oxunuşda baxılıb.
Komitə sədri bildirib ki, təqdim olunan sənəd cənab Prezident İlham Əliyevin "İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamında "İnvestisiya fəaliyyəti haqqında" və "Xarici investisiyanın qorunması haqqında" qanunların əsasında yeni "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsinin yaradılması barədə göstərişinə uyğun hazırlanıb.
İnvestisiyaların iqtisadiyyatda mühüm rol oynadığı deyən komitə sədri regionda investisiya cəlbediciliyi ilə seçilən ölkə kimi Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalarla bağlı göstəriciləri açıqlayıb. O, keçən dövr ərzində Azərbaycan iqtisadiyyatının struktur və məzmunca xeyli dəyişdiyini, yeni çağırışlar fonunda yeni tənzimləmələrin aktuallaşdığını qeyd edib. Bu cəhətdən müzakirəyə təqdim olunan layihənin əhəmiyyətini vurğulayıb, ümumi çərçivə xarakteri daşıdığını bildirib və sənədi iqtisadiyyatın strukturunun, biznes mühitinin təkmilləşməsi, investisiya cəlbediciliyinin artırılması baxımından irəliyə doğru atılmış mühüm bir addım kimi xarakterizə edib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qanun layihəsi ilə bağlı çıxışında bildirib ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin daima yaxşılaşdırılmasıdır. Bu istiqamətdə yeni hazırlanmış "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsinin yerli və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətini vurğulayan nazir müavini sənədin Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinə uyğun olmasından danışıb.
O, investisiya ilə bağlı hazırki qanunvericiliyin təhlilinin nəticələri, yeni qanunun qəbulunun aktuallığı ilə bağlı arqumentləri açıqlayıb, yeni qanun layihəsində investisiya mühitinin yaxşılaşdırılması, cəlbediciliyinin artırılması və investisiyaların qorunması ilə bağlı təsbit olunan alətlər barədə məlumat verib, təklif olunan üstünlükləri şərh edib.
Qanun layihəsinin müzakirələrində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli, komitənin üzvləri Məşhur Məmmədov, Vahid Əhmədov, Ziyad Səmədzadə, Elnur Allahverdiyev, Mahir Abbaszadə, İqbal Məmmədov, Rüfət Quliyev, Məzahir Əfəndiyev, Vüqar Bayramov və Aydın Hüseynov çıxış ediblər, qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, sənədin işlək mexanizminin vacibliyinə toxunublar. Deputatlar investisiyaların və mülkiyyətin qorunmasının, investisiya cəlbediciliyi ilə paralel azad rəqabət şəraitinin yaradılmasının vacibliyi, elmtutumlu və əməktutumlu sərmayələrin əhəmiyyəti kimi məsələləri qaldırıblar, sənəddə istifadə olunan anlayışlar, təsbit edilən müddəalarla bağlı qeydlərini və suallarını səsləndiriblər.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev deputatların qeydlərinə və qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar.
İclasda "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsi birinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunduqdan sonra deputatlar ikinci oxunuşda olan qanun layihələrinin müzakirəsinə keçiblər.
Gündəliyin ikinci məsələsini təqdim edən komitə sədri Tahir Mirkişili bildirib ki, "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) "Media haqqında" qanunda təsbit olunmuş audiovizual media subyektlərinin yeni təsnifatının rüsumlarının müəyyən edilməsi ilə bağlı hazırlanıb. Vurğulayıb ki, sənəddə ümumrespublika televiziya yayımı üçün nəzərdə tutulan rüsumun məbləği 10 dəfə azaldılıb.
Gündəliyin 3-cü məsələ olan "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) də "Media haqqında" qanunda təsbit edilmiş audiovizual media fəaliyyəti subyektlərinin təsnifatına uyğunlaşdırma məqsədilə hazırlandığı bildirilib.
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edərkən komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, dəyişiklik dövlət əmlakının özəlləşdirilməsi zamanı özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən daxil olan vəsaitlərin istifadə məqsədlərinin daha da genişləndirilməsi ilə bağlıdır.
İkinci oxunuşda olan "Antiinhisar fəaliyyəti haqqında", "Yeyinti məhsulları haqqında" və "Dövlət sirri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində isə bildirilib ki, sənəd Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması ilə əlaqədar qanunvericilikdə termin dəyişikliyi ilə bağlı hazırlanıb.
Müzakirələrdən sonra deputatlar bu qanun layihələrini də yekdilliklə ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
Sonda komitə "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi və "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanun layihəsini nəzərdən keçirib. Qanun layihəsinə əsasən, Gürcüstanla 1997-ci il 15 aprel tarixli 268-IQ nömrəli Qanunla təsdiq edilmiş müvafiq sahədə əməkdaşlıqla bağlı saziş ləğv olunur, 2021-ci il sentyabrın 29-da bağlanmış yeni əməkdaşlıq sazişi isə təsdiq edilir.
Deputatlar nəzərdən keçirdikləri bu son sənədi də Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
İclasda deputat Ağalar Vəliyev, İqtisadiyyat Nazirliyinin Dövlət investisiyaları şöbəsinin müdir müavini Eynulla Lazımov, Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi müdirinin müavini Anar Həsənli və Hökümətlərarası komissiyalar və ikitərəfli sənədlərdə iş sektorunun müdiri Gültəkin Mirzəyeva, Milli Məclis Aparatının müvafiq şöbələrinin əməkdaşları iştirak ediblər.

İnvestisiya     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı v

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, b

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur

"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib


iqtisadi xeberler investisiya kicik biznes kripto avtomobil xeberleri