"İnvestisiya fəaliyyəti haqqında" yeni qanun layihəsi - QƏBUL EDİLDİ
Milli Məclisin bu gün keçirilən iclasında "İnvestisiya fəaliyyəti haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
FED.az xəbər verir ki, layihə barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, təqdim olunan sənəd Prezident İlham Əliyevin "İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamında "İnvestisiya fəaliyyəti haqqında" və "Xarici investisiyanın qorunması haqqında" qanunların əsasında yeni "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsinin yaradılması barədə göstərişinə uyğun hazırlanıb.
İnvestisiyaların iqtisadiyyatda mühüm rol oynadığı deyən komitə sədri regionda investisiya cəlbediciliyi ilə seçilən ölkə kimi Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalarla bağlı göstəriciləri açıqlayıb. O, keçən dövr ərzində Azərbaycan iqtisadiyyatının struktur və məzmunca xeyli dəyişdiyini, yeni çağırışlar fonunda yeni tənzimləmələrin aktuallaşdığını qeyd edib. Bu cəhətdən müzakirəyə təqdim olunan layihənin əhəmiyyətini vurğulayıb, ümumi çərçivə xarakteri daşıdığını bildirib və sənədi iqtisadiyyatın strukturunun, biznes mühitinin təkmilləşməsi, investisiya cəlbediciliyinin artırılması baxımından irəliyə doğru atılmış mühüm bir addım kimi xarakterizə edib.
Sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub. (Report)

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Dropshipping nədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt