İnvestorlar OpenAI-nin işdən çıxarılan rəhbərini geri qaytarmağı tələb ediblər

İnvestorlar OpenAI-nin işdən çıxarılan rəhbərini geri qaytarmağı tələb ediblər"Financial Times" (FT) və "Bloomberg" yazırki, "OpenAI" investorları direktorlar şurasından devrilmiş CEO Sem Altmanı vəzifəyə qaytarmağı düşünməyi xahiş ediblər. Məlumata görə, "OpenAI" cənab Altmanın baş direktor vəzifəsinə qaytarılması ilə bağlı artıq danışıqlara başlayıb.
Sem Altmanın işdən çıxarılması noyabrın 18-də məlum olub, onun vəzifəsindən uzaqlaşdırılması qərarı "OpenAI" idarə heyəti tərəfindən qəbul edilib. İstefaya səbəb kimi şirkət rəhbərinin idarə heyəti ilə ünsiyyətdə "açıq danışmaması" göstərilib. Şirkətin baş texnologiya direktoru Mira Murati müvəqqəti olaraq baş direktor vəzifəsini icra edəcək.
Sem Altman "OpenAI"nin yaradıcılarından biri olub. O, 2020-ci ildən şirkətə rəhbərlik edir. Əvvəllər Sem Altman "Y Combinator"un rəhbəri olub.
"OpenAI" 2015-ci ildə yaradılıb. O, süni intellektlə məşğul olur. Şirkət "ChatGPT" çat-botunun əsaslandığı "GPT" dil modelinin bir neçə nəslini yaratması ilə məşhurdur. / banker.az

Xəbərlər     Tarix: 20 noyabr 2023

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənay

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişib

Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bunda

Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR

Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında


iqtisadi xeberler bitkoin qiymeti dollar məzənnəsi valyuta xeberleri kicik biznes