İnvestorların gəlirlərindən xaricə köçürməyə məhdudiyyətlər olacaq - YENİ QANUN

İnvestorların gəlirlərindən xaricə köçürməyə məhdudiyyətlər olacaq - YENİ QANUNİnvestisiya gəlirlərinin köçürülməsinə hansı hallarda məhdudiyyət qoyulacağı müəyyənləşir.
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "İnvestisiya fəaliyyəti haqqında" yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, investisiya gəlirlərinin sərbəst dönərli valyutada "Valyuta tənzimi haqqında" qanuna uyğun olaraq Azərbaycan Respublikasından xaricə bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, təxirə salınmadan və sərbəst köçürülməsinə təminat verilir.
Bu qanuna uyğun olaraq xaricə köçürülən məbləğlərə aşağıdakılar daxildir:
- mənfəət, dividendlər, faizlər, royaltilər və digər gəlirlər;
- investisiyanın tam və ya qismən satışından və ya digər şəkildə özgəninkiləşdirilməsindən, yaxud investisiya fəaliyyətinə tam və ya qismən xitam verilməsindən irəli gələn qazanc;
- kompensasiya və zərərin ödənilməsi üzrə məbləğlər;
- əməkçi miqrantların investisiya ilə əlaqədar əldə etdikləri qazanc;
- bu Qanunla qadağan olunmayan digər ödəmələr.
Layihəyə əsasən, müflisləşmə və iflas sahəsində kreditorların hüquqlarının müdafiəsi, cinayət və ya inzibati məsuliyyətdən irəli gələn, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, vergi və digər dövlət ödənişlərinin ödənilməsi, məhkəmə qərarlarının icrası sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq köçürmələr ayrı-seçkiliyə və qərəzliliyə yol verilmədən təxirə salına və ya məhdudlaşdırıla bilər.

İnvestisiya     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı v

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, b

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur

"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib


iqtisadi xeberler investisiya kicik biznes kripto avtomobil xeberleri