iPhone satışında rekord

iPhone satışında rekordABŞ-ın Apple şirkətinin səhmləri, iPhone satışının artdığı barədə məlumat açıqladıqdan sonra bahalaşıb. Marja xəbər verir ki, cari ilin yanvar-mart aylarında Apple şirkəti iPhone smartfonlarının satışından 51,3 milyard dollar əldə edib - bu, rekord göstəricidir. 
Şirkət iPhone satışlarının bərpa olunduğunu elan etdikdən sonra Apple səhmləri yüksəlib. Apple səhmlərinin qiyməti 5% bahalaşaraq 173 dolları keçib.
2023-cü maliyyə ilinin ikinci rübünə dair hesabatında Apple iPhone satışından 51,3 milyard dollar əldə etdiyini bildirib. Şirkətin baş direktoru Tim Kuk qeyd edib ki, bu, əvvəlki rüb ilə müqayisədə cəmi 1,5% çoxdur, lakin bu, mart rübü üçün rekord göstəricidir.
Apple-ın rüb ərzində cəmi gəlirləri 94,8 milyard dollar təşkil edib ki, bu da bir il əvvəl ilə müqayisədə 3% azdır. iPad  gəlirləri 13% azalaraq 6,67 milyard dollara, Mac gəlirləri 31% azalaraq 7,17 milyard dollara, aksessuarlar (AirPods, Apple Watch, Apple TV) üzrə gəliri 1%-dən də az azalaraq 8,76 milyard dollar olub. iCloud, Apple Music, App Store üzrə gəlirlər 5,5% artaraq 20,9 milyard dollar təşkil edib.
Tim Kuk qeyd edib ki, Apple inkişaf etməkdə olan bazarlarda (Meksika, İndoneziya, Filippin, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri) rekord rüblük satışlar göstərib.
Apple rüb ərzində 24,16 milyard dollar xalis mənfəət əldə edib. 
iPhone gəliri: 51,33 milyard dollar, proqnoz 48,84 milyard dollar,
Mac gəliri: 7,17 milyard dollar, proqnoz 7,80 milyard dollar,
iPad gəliri: 6,67 milyard dollar, proqnoz 6,69 milyard dollar,
Digər məhsullar üzrə gəliri: 8,76 milyard dollar, proqnoz 8,43 milyard dollar,
Xidmətlərdən gəlir: 20,91 milyard dollar, proqnoz  20,97 milyard dollar olub.  / marja.az

Maraqlı     Tarix: 06 may 2023

Oxşar xəbərlər

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Tullantılar necə biznesə çevrilir? "Tullantıların biznesi" kitabı NƏŞR OLUNDU

Dövlət idarəetməsi üzrə fəlsəfə doktoru (PhD) Ayaz Salmanovun müəllifi olduğu "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" adlı yeni kitab işıq üzü görüb. Təşəbbüslər və Layihələr Mərkəzini

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama


iqtisadi xeberler rubl mezenne birbank online pul qazanmaq dollarin kursu bu gun