İqtisadiyyat Nazirliyinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ
Nazirlər Kabineti "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə" 2022-ci il 2 avqust tarixli sərəncamında dəyişiklik edib.
KONKRET.az-ın məlumatına görə, bundan əvvəl "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planı ilə müəyyən edilmiş icraçı orqan və qurumlar Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə İqtisadiyyat Nazirliyinə məlumat verməli idi.
Dəyişikliyə əsasən, artıq həmin icraçı orqan və qurumlar Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti İqtisadiyyat Nazirliyinə deyil, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə məlumat verməlidirlər. Məlumatın təqdimatına dair zaman həddi də müəyyənləşib. İcraçı orqan və qurumlar Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə – hər ilin yanvar və iyul aylarının 15-dən gec olmayaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə məlumat verməlidirlər.
İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təqdim edilmiş məlumatları ümumiləşdirməli və bu barədə ildə iki dəfə – hər ilin yanvar və iyul aylarının 25-dən gec olmayaraq Nazirlər Kabinetinə məlumat verməlidir. Eyni zamanda İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strategiyanın icrasının təşkili, monitorinqi və qiymətləndirilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, Strategiyanın Tədbirlər Planının icrası ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə zəruri kommunikasiya işlərinin yerinə yetirilməsi üzrə tədbirlər görməli, zərurət yarandıqda, Strategiyanın icrası prosesinə qabaqcıl beynəlxalq təşkilatların, ixtisaslaşmış məsləhətçi şirkətlərin, elm və ali təhsil müəssisələrinin, konfederasiya, assosiasiya, vətəndaş cəmiyyətini təmsil edən təşkilatların və özəl qurumların nümayəndələrini cəlb etməlidir.
İqtisadiyyat Nazirliyinə isə Ədliyyə Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və digər aidiyyəti dövlət orqanları ilə birlikdə icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
CV-nin tərtib edilməsi prinsipləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Bitcoin nədir?
Dünyanın ən bahalı restoranları
Bill Qeyts kimdir?