"İran reallığı nəzərə alaraq Rusiyanı əvəz etmək istəyir" - Tehran istəyinə nail olacaqmı? - AÇIQLAMA

İran Xarici İşlər Nazirliyi Tehrana qarşı yönələn sanksiyaların ləğvi fonunda, Avropanı enerji ilə təmin etməyə hazır olduğunu açıqlayıb. İndiki şəraitdə İranın belə bir təklif irəli sürməsi beynəlxalq ictimaiyyət tərəfinfən maraqla qarşılanıb. Bir çox siyasi analitiklər rəsmi Tehranın dünyadakı mövcud şəraitdən öz mənfəəti üçün istifadə etməyə çalışdığına diqqət çəkiblər. Bəs görəsən İranın bu təklifi nə dərəcədə real ola bilər?  Ümumiyyətlə rəsmi Tehrana qarşı olan sanksiyaların ləğvi mümkündürmü?.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, bu, İran tərəfindən edilən çox maraqlı təklifdir: "Düşünmürəm ki, bu, təkcə Tehranın öz fikiridir. Hesab edirəm ki, İran hökuməti indiki vəziyyəti nəzərə alaraq Rusiyanı əvəz etmək istəyir. Yəni burada söhbət Avropanın qaz və digər enerji resursları ilə təmin olunmasından gedir. İran tərəfi anlayır ki, Avropanın buna çox böyük ehtiyacı var. Amma burada müəyyən şərtlər və onların yerinə yetirilməsi məsələsi olmalıdır. Əsasən də İran nüvə enerjisindən və nüvə silahının əldə olunmasından imtina etməlidir. Yəni Beynəlxalq Enerji Agentliyinin nümayəndələrini dəvət etməli və onların rəyini almalıdır. Qısası bu məsələdə tərəflər bir razılığa gəlməlidir".
Politoloq əlavə edib ki, bu məsələ ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya məşğul idi: "Yenidən onların bərpası reallaşmalı və rəyi olmalıdır. Belə bir şəraitdə İranın təklifi sözügedən məsələlərlə sıx bağlılıq təşkil etməlidir. Ona görə də, təklifin nə dərəcədə real olacağını demək çətindir. Çünki Qərb İranın nüvə proqramından imtina edəcəyinə əmin olmalıdır".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Xəbərlər     Tarix: 06 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml


iqtisadi xeberler emlak xeberleri online pul qazanmaq dollar mezenne bitkoin almaq