İran Venesuelada ilk neft emalı zavodunu açıb
İranın neft naziri Cevad Uvci İranın Venesuelada ilk neft emalı zavodu "El Palito"nun istifadəyə verildiyini açıqlayıb.
Banker.az Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, nazir bu barədə Tehranda keçirilən tədbirdəki çıxışında danışıb. O qeyd edib ki, yeni neft emalı zavodunun gücü sutkada 100 min barreldir.
Xatırladaq ki, may ayında Tehranda Venesuela prezidenti Nikolas Maduro və İran prezidenti İbrahim Rəisi 20 illik strateji əməkdaşlıq sazişi imzalayıblar. Bu mühüm saziş enerji, neft, qaz, neft emalı, neft-kimya, maliyyə və müdafiə sənayesi kimi sahələri əhatə edir.

Çarli Manqerə görə, hər bir insanın Benjamin Franklindən öyrənməli olduğu 5 həyat dərsi
FED faiz qərarını açıqladı
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
Az pulla hansı işi qurmaq olar?
İKEA şirkətinin tarixi
ƏDV geri al və onun üstünlükləri
Mcdonalds françayzinqi neçiyədir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?