İraq neftə görə Türkiyəyə təzminat ödəməyə bilər

İraq neftə görə Türkiyəyə təzminat ödəməyə bilərParisdə yerləşən Beynəlxalq Ticarət Palatası Arbitraj Məhkəməsi (ICC) qarşısında neftin nəqli ilə bağlı Türkiyə ilə İraq arasında olan çəkişmədə İraqın beş iddiasından dördü rədd edilib. Türkiyənin tələblərinin əksəriyyəti qəbul edilib və İraqın Türkiyəyə təzminat ödəməsi ilə bağlı qərar verilib.
Bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir.
Nazirliyin Türkiyə ilə İraq arasında Beynəlxalq Arbitraj Məhkəməsinin qərarı ilə bağlı verdiyi bəyanatda, işin əslində İraq Mərkəzi Hökuməti ilə ölkənin konstitusiya vahidi olan İraq Kürd Regional Rəhbərliyi arasında davam edən qarşıdurmanın əksi olduğu qeyd edilib.
"İraqın arbitraj işini udduğu xəbərindən sonra Parisdə yerləşən ICC qarşısında ölkəmizlə İraq arasındakı çakişməsi barədə ictimaiyyətin məlumatlandırılmasına ehtiyac var idi", – məlumatda qeyd olunur.
Vurğulanır ki, bir çox beynəlxalq enerji layihələrinin mühüm iştirakçısı olan Türkiyə hər zaman üzərinə düşən məsuliyyətlər çərçivəsində şüuru ilə hərəkət edib. Bölgədəki bütün qeyri-sabitliyə baxmayaraq, ölkəmiz 1973-cü ildən İraq-Türkiyə Neft Boru Kəməri Sisteminin işlək vəziyyətdə qalması üçün milyardlarla dollar xərcləyib və qlobal neft bazarlarında sabitliyin qorunmasına lazımi töhfəsini verib.
"Sözügedən münaqişənin sülh yolu ilə həlli üçün həm tərəflər, həm də müvafiq dövlətlərlə intensiv diplomatik tədbirlər görülüb. İşin hazırkı mərhələsində arbitraj məhkəməsi İraqın beş tələbindən dördünü rədd edib. Ölkəmizin tələblərinin əksəriyyətini qəbul edib və İraqa bu pozuntulara görə Türkiyəyə təzminat ödəməyi ilə bağlı hökm verilib. Türkiyə həmişə olduğu kimi beynəlxalq hüququn tələblərini yerinə yetirməyə və münaqişənin əsas tərəfləri arasında daimi həllinə hər cür töhfə verməyə hazırdır", – nazirliyin bəyanatında bildirilir.
Öncə xarici mətbuatda məlumat yayılıb ki, Paris Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsi Kürdüstandan neft ixracını mübahisələndirən Türkiyəyə qarşı iddiada İraqın lehinə qərar verib və bununla əlaqədar Ceyhan limanı vasitəsilə ixrac əməliyyatları dayandırılıb. / banker.az

Xəbərlər     Tarix: 29 mart 2023

Oxşar xəbərlər

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler birbank biznes qurmaq leobank kart biznes krediti