İraqdan Türkiyəyə neft nəqlinin dayanması qiymətləri ikinci gündür ki bahalaşdırır

İraqdan Türkiyəyə neft nəqlinin dayanması qiymətləri ikinci gündür ki bahalaşdırırİraqın Kürdüstan bölgəsindən bəzi ixracatın dayandırılması tədarükün sıxlaşdırılması ilə bağlı narahatlıqları və qlobal bank böhranı qorxusunun zəifləməsi xam nefti çərşənbə günü üçüncü sessiyada da bahalaşdırıb.
Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri Bakı vaxtı ilə 08:00 radələrinə 16 sent və ya 0.20% artaraq barreli 78.30 dollara, ABŞ-ın WTI nefti isə 35 sent və ya 0.48% artaraq barreli 73.69 dollara çatıb.
Analitiklər düşünür ki, İraqın Kürdüstan bölgəsindən tədarükün azalması ilə bağlı narahatlıqlar və bank sektorunda baş verən çətinlikdən narahat olan maliyyə bazarlarında rahatlama investorların risk iştahını artırmağa davam edib.
İndi ABŞ Federal Ehtiyat Sisteminin bank böhranı səbəbindən faiz dərəcələrinin artırılmasında ehtiyatlı mövqe tutacağına dair gözləntilər də güclü qlobal iqtisadiyyat və neft tələbi ilə bağlı ümidləri artırıb.
Neftin nəqli üçün Bağdadın razılığının lazım olduğunu təsdiqləyən arbitraj qərarından sonra İraqın şimalındakı muxtar Kürdüstan bölgəsindən gündəlik 450 000 barel  ixracın dayandırılması qiymətləri yüksəldən əsas drayverdi.
"Barclays" çərşənbə axşamı deyib ki, ilin sonuna kimi kürd ixracatının hər hansı uzunmüddətli kəsilməsi Brent markalı neftin 2023-cü il üçün 92 $/barel qiymət proqnozunun 3 $/barel yüksəlməsi deməkdir.
Bazar ertəsi "First Citizens BancShares Inc"in uğursuz "Silicon Valley Bank"ını alacağına dair açıqlama da qlobal bank sektorunun vəziyyəti ilə bağlı nikbinliyə təkan verir.
Hazırda neft qiymətləri ilə paralel olaraq fond bazarında da əhval ruhiyyə yüksəkdir.
Ötən həftə ABŞ-ın xam neft ehtiyatlarının azalması da dəstək vermişdi. Bazar mənbələrinin çərşənbə axşamı Amerika Neft İnstitutunun rəqəmlərinə istinadən verdiyi məlumata görə, ABŞ-ın xam neft ehtiyatları martın 24-də bitən həftədə təxminən 6.1 milyon barrel azalıb. Benzin ehtiyatları təxminən 5.9 milyon barel azalıb, distillə ehtiyatları isə təxminən 550 min barel artıb.
Analitiklər keçən həftə ABŞ-da xam neft ehtiyatlarının artdığını, distillat və benzin ehtiyatlarının isə azaldığını eşidəcəklərini gözləyirdilər. ABŞ Enerji İnformasiya İdarəsi həftəlik hesabatını çərşənbə günü Bakı vaxtı ilə saat 18:30-da açıqlayacaq.
Təchizat tərəfində Rusiya baş nazirinin müavini Aleksandr Novak çərşənbə axşamı Moskvanın "dost ölkələrə" enerji ixracını artırmağa diqqət yetirməli olduğunu bildirib və Rusiyanın Hindistana neft tədarükünün ötən il 22 dəfə artdığını qeyd etdi.

Xəbərlər     Tarix: 29 mart 2023

Oxşar xəbərlər

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c


iqtisadi xeberler bitkoin qiymeti 1000 manatla biznes valyuta kurslari valyuta mezennesi