İSB: "Avtomobillərin icbari sığortası haqqının hesablanmasında risk əsaslı yanaşma ortaya qoyulub"

İSB: "Azərbaycanda yenilənmiş "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"nda sığorta haqlarının hesablanmasında risk əsaslı yanaşma ortaya qoyulub".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov bildirib. ə
"Risk yüksəkdirsə, bu halda sığorta haqqı yüksəkdir, risk azdırsa, sığorta haqqı azdır. Demək olmaz ki, sığorta haqlarında artım nəzərdə tutulub. Baza sığorta haqları olduğu kimi qalıb. Əvvəllər də bonus-malus əmsalı var idi, yəni sığorta haqlarını artmasına və yaxud azalmasına əsaa etibarilə bonus-malus səbəb olurdu. Minik avtonəqliyyat vasitələrində onun mühərrik həcmi, yük avtonəqliyyat vasitələrində yük götürmə qabiliyyəti, sərnişin daşıyan nəqliyyat vasitələrində yerlərin sayı əhəmiyyət kəsb edirdi. İndi daha fərqli risklər də sığorta haqlarının hesablanmasında nəzərə alınacaq. Bunlar nəqliyuat vasitəsinin idarə edildiyi məkanlar, şəhər və rayonlarımız, nəqliyyat vasitəsini udarə edən şəxlərin yaşları, sürücülük təcrübələri, hüquqi şəxslərin sahibi olduğu nəqliyyat vasitələri və fiziki şəxslərin istifadəsində olan nəqliyyat vasitələri, eyni zamanda nəqliyyat vasitəsini sürmə səlahiyyəti olan şəxslərin də sayları haqların hesablanmasında önəm kəsb edəcək. Bu, sığortaçı yanaşmasıdır. Risk əsaslı dəyərləndirmənin həyata keçirilməsi anlamındadır. Risk yüksəlirsə, sığorta haqları daha yüksək olmalıdır", - deyə o, qeyd edib.
"Bonus-malus əmsalının hesablanması ilə əlaqədar da müəyyən dəyişikliklər var. Artıq bonus-malusun hesablanması real vaxt rejimində həyata keçiriləcək. Əvvəllər hər il 15 yanvar tarixində köhnə ildə baş verən hadisələrin statisikası əsasında hesablanırdısa, artıq banus-malus əmsalı real vaxt rejimində hesablanacaq. Yəni dünən hadisə baş veribsə və sabah sığorta şəhadətnaməsi sistemdə generasiya ediləcəksə, bu halda sığorta haqqının hesablanmasında baş verən hadisə nəzərə alınacaq. Eyni zamanda hadisəniz baş verməyibsə, bu da real vaxt rejimində daha az sığorta haqqı ödəməyinizə səbəb olacaq. Bu, risk əsaslı sığorta haqqı hesablanması yanaşmasıdır. Bununla daha az yol-nəqliyyat hadisəsi törədən sürücülər mükafatlandırılacaq. Tez-tez hadisə törədən vətəndaşlar isə malus əmsalı ilə daha yüksək sığorta haqqı ödəməli olacaqlar.
İSB-nin burdakı rolu əvvəlki kimi yenə də var. Azərbaycanda avtosığortaya ilə bağlı sığorta şəhadətnamələrimin tərtib edilməsi yalnız elektron qaydada olur. Nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin olub-olmaması da Daxili İşlər Nazirliyi (DİN) tərəfindən elektron qaydada İSB ilə olan inteqrasiya sayəsində yoxlanılır. Əvvəllər minik avtomobillərində yalnız nəqliyyat vasitəsinin mühərrik həcmi ilə əlaqədar məlumat alınaraq sığorta şəhadətnaməsi generasiya edilirdisə indi digər informasiyalar da DİN-dən alınacaq. Sürücünün yaşı, sürücülük təcrübəsi, onun idarə etdiyi nəqliyyqt vasitəsini qeydiyyatda olduğu ünvanla əlaqədar məlumatlar alınacaq və bu məlumatların hamısı sığorta haqlarının hesablanmasında önəm kəsb edəcək", - deyə R.Əhmədov əlavə edib.
Bundan başqa, o, deyib ki, hazzırda avronəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında üçüncü şəxslərə dəyən zərər sığorta edən şirkət tərəfindən ödənilir: "Yalnız sizin nəqliyyat vasitənizə fərqli nəqliyyat vasitəsi zərər vurubsa, sizin nəqliyyat vasitənizə zərər vuran şəxsin sığorta şirkəti sığorta ödənişini həyata keçirməyə məcburdur. Lakin zərərlərin birbaşa tənzimlənməsi ilə əlaqədar yeni qaydalar artıq təsdiq olunub və 1 noyabrdan sonra Azərbaycanda hansı sığorta şirkətində avronəqliyyat vasitənizi sığortalamısınızsa başqa nəqliyhat vasitəsi sizin nəqliyyat vasitənizə zərər vurduğu təqdirdə sizin sığorta şirkətiniz sizin ödənişinizi həyata keçirəcək və daha sonra zərər vuran sığorta şirkətindən sizə ödədiyi vəsaiti alacaq. Bu krilinq mexanizminin həyata keçirilməsi, yəni borcların qarşılaşdırılaraq sıfırlanması mexanizminin də həyata keçirilməsi İSB-nin informasiya sistemində aparılacaq".

Maliyyə     Tarix: 03 avqust 2022

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro


iqtisadi xeberler birbank biznes qurmaq en son xeberler valyuta mezennesi