İslamiada: Hacı Əliyevin iranlı güləşçi ilə görüşündə insident baş verdi
Azərbaycan sərbəst güləşçisi Hacı Əliyevin Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında keçirdiyi ilk görüşündə insident baş verib.
KONKRET.az xəbər verir ki, buna 3 qat dünya və 3 qat Avropa çempionunun iranlı Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında hakim ədalətsizliyi ilə üzləşməsi səbəb olub.
Qarşılaşmanın baş hakimi iki epizodda Əliyevin tətbiq etdiyi fəndləri hesaba almayıb. Üstəlik, iki güləşçi arasında gərginlik yaşanıb. İdmançı və yığmanın məşqçisi Zəlimxan Hüseynovun etirazlarına baxmayaraq, qərar dəyişməyib.
Haqsızlıqlara rəğmən, titullu pəhləvan hesabda dönüş edə bilib. Nəticədə o, 7:4 hesabı ilə önə çıxıb. Bu dəfə İran tərəfinin etirazı səmərə verməyib və aktivinə daha bir xal əlavə edən Əliyev 8:4 hesablı üstünlüklə qarşılaşmanın qalibi olub. Beləliklə, o, yarımfinala vəsiqə əldə edib."Report"
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB