İşlətdiyi kafenin su hovuzuna yıxılan kişi öldü
Ağdamda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Rayonun Üçoğlan kənd sakini İbrahimov Şəmsəddin Abdulla oğlu işlətdiyi "Dostluq" adlı kafenin həyətində olan su hovuzuna yıxılıb. Ş.İbrahimov kəllə-beyin travması ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
///APA
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Külək enerjisinin istehsalı artıb
Azərbaycanda küləklə işləyən elektrik stansiyalarında 73,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. xəbər verir ki, bu 2025-ci ilin yanvar-oktyabr aylarının göstəricisidir. Dövlət Statistika Komitəsinə istinadə