"İsraildə Azərbaycan səfirliyinin açılmasını səbrsizliklə gözləyirik" - İsxak Hersoq
İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
KONKRET.az xəbər verir ki, İsxak Hersoq İsraildə Azərbaycan səfirliyinin açılmasını səbirsizliklə gözlədiyini qeyd edib.
Mətndə deyilir:
"Hörmətli Prezident Əliyev,
Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır və qarşıdan gələn ildə Sizə xoşbəxtlik və cansağlığı arzulayıram.
Bu fürsətdən istifadə edərək, Azərbaycanın illər boyu qoruyub saxladığı adət-ənənə və dəyərlərə heyran olduğumu bildirmək istəyirəm. Azərbaycan müsəlman dünyasında yaranan ilk demokratik respublikadır və möhtəşəm ölkəniz regional liderdir.
Azərbaycanda müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan vətəndaşların harmoniya və qarşılıqlı hörmət şəraitində birgəyaşayışı məni xüsusilə heyran edir. Ölkəniz bütün dinlərin nümayəndələrinin sülh və əməkdaşlıq şəraitində birgə yaşamasının dünyaya parlaq nümunəsidir. Novruz, Hanuka, Milad və Yeni İl bayramlarının qeyd olunması bu inklüzivliyə və anlaşmaya sadiqliyin sübutudur.
Mən, həmçinin Zati-aliniz və hökumətiniz tərəfindən Azərbaycandakı yəhudi icmasına göstərilən dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Siz İsrail Dövlətinin və yəhudi xalqının dostusunuz, biz Azərbaycanın səfirliyinin açılmasını və İsrailə səfərinizi səmimi münasibətlərimizin daha da möhkəmlənməsi baxımından səbirsizliklə gözləyirik.
Zati-aliləri, bu il doğum gününüzün nur və firavanlıq rəmzi olan Hanuka bayramı günlərinə təsadüf etməsi xüsusilə əlamətdardır. Bu münasibətlə bir daha səmimi təbriklərimi və qarşıdan gələn ildə xoşbəxtlik və cansağlığı diləklərimi qəbul etməyinizi xahiş edirəm".

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Whatsapp biznesin üstünlükləri nələrdir?
CV hazırlayarkən buraxılan 5 səhv
İban nədir?
CV-nin tərtib edilməsi prinsipləri
Biznesə aid ən yaxşı 10 kitab