İstanbulda atışma: 4 azərbaycanlı yaralandı
Türkiyədə baş verən atışma zamanı bir neçə azərbaycanlı yaralanıb.
azxeber.com HaberGlobal-a istinadən xəbər verir ki, hadisə İstanbulda qeydə alınıb. Belə ki, Sarıyer rayonunda kafedə iki qrup arasında mübahisə yaranıb. Mübahisə atışma ilə nəticələnib. Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 5 nəfər xəsarət alıb.
Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili tibbi yardım cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
İnsidentin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Neftin qiyməti yüksəlib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiymətində yüksəliş var. xəbər verir ki, Azərbaycan neftinin qiyməti artıb. Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları və ya 0,1
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind