"İstisu" mineral suyu yaxın zamanlarda Belarusda satışa çıxarılacaq
Azərbaycanın "İstisu" mineral suyu yaxın zamanlarda Belarus bazarında satışa çıxarılacaq.
Bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan–Belarus biznes forumunda məlumat verib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
O vurğulayıb ki, "İstisu" mineral suyunun Belarusa ixracı ilə bağlı müqavilə imzalanıb: "Məhsul laboratoriya sınaqları üçün göndərilib və biz tezliklə müntəzəm ixracın başlanacağına ümid edirik".
Y. Abdullayev qeyd edib ki, "İstisu"nun xarici bazara çıxışı xüsusi əhəmiyyət daşıyır: "Bu, bizim üçün sadəcə bir ticarət layihəsi deyil, azad olunmuş ərazilərin dirçəlişinin rəmzidir".
O həmçinin bildirib ki, AZPROMO Belarus şirkətlərindən taxta evlərin və yanacaq qranullarının tədarükü ilə bağlı təkliflər alıb: "Mənzil fondunun bərpası çərçivəsində xarici şirkətlərlə, o cümlədən Belarus şirkətləri ilə müxtəlif tərəfdaşlıq modelləri hazırlanır. Ağdam rayonuna taxta karkas panelli ev dəstlərinin sınaq tədarükü həyata keçirilib".
Onun sözlərinə görə, Ağdam rayonunun Qızıl Kəngərli kəndində yaşayış kənd təsərrüfatı qəsəbəsinin layihələndirilməsi üzrə Belarus tərəfi ilə birgə işlər də davam etdirilir: "İlk iki mərhələ başa çatıb, üçüncü mərhələ üzrə işlərə başlanılıb".
© "Report"

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Bitcoin necə işləyir?
IBAN nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?