"İT-Akademiya"nın məzunlarına sertifikat təqdim edilib
Elm və Təhsil, İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahə üzrə peşələrə yiyələnmək istəyənlər üçün həyata keçirilən "İT-Akademiya" layihəsinin "İT sahəsində karyeranıza başlayın" adlı ilk məzun günü keçirilib.
Məzun günündə "Baku Steel Company"nin Aparat rəhbəri Şeyla Hacıyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Teymur Cəfərov və Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov layihənin əhəmiyyəti barədə fikirlərini bildirib, məzunlara karyeralarında uğurlar arzulayıblar.
Tədbirdə "Whelp" və "SmilePay" startaplarının qurucusu Seymur Rəsulov süni intellekt dövründə İT mütəxəssisi üçün lazımi bacarıqlardan danışıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Gülnar Mirhüseynova və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədr müavini Rauf Cabbarov isə innovasiyaların İT sahəsinin inkişafı və mütəxəssislərin işinin təkmilləşdirilməsində mühüm rolunu qeyd ediblər.
Bununla yanaşı, PAŞA Bank, Azərbaycan Beynəlxalq Bankı, "Kibrit", "BIRainy" və digər şirkətlərin nümayəndələri məşğulluq və təcrübə haqqında məzunlara ətraflı məlumat veriblər.
Daha sonra "İT-Akademiya"nın müəllimləri məzunlara təhsilin tamamlanmasına dair sertifikatlar təqdim ediblər.
Qeyd edək ki, layihə Alqoritmika Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin iştirakı, KOBİA, "Baku Steel Company" və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə həyata keçirilir. / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dropshipping nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Kriptovalyuta nədir?
SMM nədir?