İtaliya ChatGPT-ni qadağan edən ilk ölkə oldu
İtaliya hakimiyyəti ChatGPT çat-botuna girişi qadağan edən ilk ölkə olub. Müvafiq bəyanat İtaliyanın Şəxsi Məlumatların Mühafizəsi üzrə Milli İdarəsinin saytında dərc olunub. Tənzimləyici ChatGPT-ni inkişaf etdirən "OpenAI" şirkəti tərəfindən italyan istifadəçilərinin məlumatlarının işlənməsini müvəqqəti olaraq qadağan etdiyini bildirib.
Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
Buna səbəb "OpenAI"nin keçən həftə açıqladığı məlumat sızması olub. Şirkət bəzi istifadəçilərin çat-bot ilə ünsiyyət quran digər insanların mesajlarını görməsinə imkan verən "açıq mənbə kitabxanasında səhv" səbəbindən ChatGPT-ni müvəqqəti olaraq söndürmək məcburiyyətində qaldığını bildirib.
İtalyan tənzimləyicisi həmçinin "OpenAI"ni alqoritmləri öyrətmək üçün məlumatlarını topladığı istifadəçilərə bu barədə məlumat vermədiyinə görə tənqid edib və tərtibatçının "fərdi məlumatların kütləvi şəkildə toplanmasına və saxlanmasına haqq qazandıran hüquqi əsasının" olmadığını vurğulayıb.
Bundan əlavə, ChatGPT 13 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulsa da, "istifadəçilərin yaşını yoxlamaq üçün heç bir filtrin olmaması yetkinlik yaşına çatmayanları onların inkişaf səviyyəsinə tamamilə uyğun olmayan cavablar almaq riski ilə üz-üzə qoyur", – agentlik bildirib.
İtaliyada ChatGPT Avropa İttifaqının (Aİ) məlumatların qorunması qanununa cavab verənə qədər blokda qalacaq. "OpenAI" 20 gün ərzində tənzimləyicinin tələblərinə əməl etmək üçün görülən tədbirlər barədə məlumat verməlidir.
ChatGPT – demək olar ki, istənilən istifadəçi suallarına cavab verə və tapşırıq üzrə mətn yaza bilən çox funksiyalı neyron şəbəkə əsaslı çat-botdur.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Coca-Cola" haqqında 5 maraqlı fakt
"Freelance" nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Digital Card nədir?