İtaliya iş adamları Azərbaycanın biznes mühitindən yararlanmağa - DƏVƏT EDİLDİ

İtaliya iş adamları Azərbaycanın biznes mühitindən yararlanmağa - DƏVƏT EDİLDİÖlkəmizin İtaliyadakı səfirliyində İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri olan senator və deputatlar, eləcə də bu ölkədə müxtəlif sahələr üzrə fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri və nümayəndələri ilə görüş keçirilib.
FED.az xəbər verir ki, görüşdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ölkəmizin iqtisadiyyatı, xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış əlverişli investisiya və biznes mühiti, postmünaqişə dövrünün yaratdığı iqtisadi fürsətlər və imkanlar barədə təqdimatla çıxış edib.
Səfir Azərbaycanın iqtisadi imkanları, biznes mühiti və xarici sərmayədarlar üçün ölkədə yaradılan şərait, enerji, infrastruktur, kənd təsərrüfatı sahələrində mövcud imkanlar, həmçinin azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, Bakı Limanı, Ələt Azad İqtisadi Zonası və Zəngəzur dəhlizinin regional əməkdaşlıq üçün üstünlükləri barədə məlumat verib. Bildirilib ki, Qarabağda yeni Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları yaradılıb.
Rəşad Aslanov Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb, İtaliya iş adamlarını ölkəmizin əlverişli biznes mühitindən yararlanmağa dəvət edib.
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Marko Skurria çıxış edərək hazırda iki ölkə əlaqələrinin çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib, iqtisadi əlaqələrin inkişafı sahəsində mövcud olan potensialdan söz açıb. Bu görüşün iş adamlarının işgüzar əlaqələrini genişləndirməsi baxımından əhəmiyyət daşıdığı bildirilib, məlumatlılığın artırılmasına xidmət edən belə tədbirlərin önəmi qeyd olunub.
İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi iki ölkə arasında mövcud olan möhkəm iqtisadi əlaqələrdən söz açıb. Bildirilib ki, çoxsaylı İtaliya şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən azad edilmiş ərazilərin yenidən qurulması layihələrinə cəlb edilib. İtaliya iş adamları Azərbaycandakı əlverişli biznes və investisiya mühitindən yaralana bilərlər.
İtaliyanın İxrac Kredit Agentliyinin ("SIMEST Spa") xarici əlaqələr üzrə direktoru Françeska Alikata İtaliya şirkətlərinin xaricdə böyüməsini üçün həyata keçirilən və dəstəklənən layihələrdən bəhs edib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Sonda iş adamlarını Azərbaycanda investisiya mühiti barədə maraqlandıran məsələlərə aydınlıq gətirilib. (Azərtac)

Biznes     Tarix: 06 iyul 2023

Oxşar xəbərlər

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR

"Bakı Biznes Mərkəzi" MMC Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Nazirlər Kabineti "Bakı Biznes Mərkəzi" MMC-nin Mədəniyyət Nazirliyinin tabeliyin

Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Əsədov Zaur Valeh oğlubarəsində inzibati xəta protokolu tərtib edib. "Panda Baby" müştəriləri aldadır – UCUZ QİYMƏT QOYUB

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib. Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunla

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəni

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA

Bakıda ənənəvi olaraq hər il keçirilən "Formula-1" yarışları təkcə ölkəyə gələn turistlərin və otellərdəki qonaqların sayını artırmır. "Formula 1" Azərbaycan qran-prisi kirayə mənzillərin qiymətini bahalaşdırd

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al

"AZZA" şirkəti 50 milyon manata çatdı

Azərbaycanın qastronom şəbəkəsi - "AZZA" QSC nizamnamə kapitalını 42 433 902 manat və yaxud 6,6 dəfə artıraraq 7 566 098 manatdan 50 00 00 manata çatdırmağı planlaşdırır. səhmdar cəmiyyətindəki mənbəyə istinadə

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı


iqtisadi xeberler depozit faizleri biznes ideyalari dollar manat kursu iqtisadiyyat xeberleri