İtaliyada 8,4 milyon iş yeri BAĞLANA BİLƏR
Süni intellektdən istifadənin artması səbəbindən İtaliyada 8,4 milyon iş yeri risk altındadır.
KONKRET.azxəbər verir ki, bu barədə Kiçik Biznes və Sənətkarların Milli Assosiasiyası – "Confartigianato"nun hesabatında göstərilir.
Qeyd olunub ki, texnoloji dəyişikliklərin təsirini iqtisadiyyatda işləyənlərin 36,2%-i hiss edəcək.
Mütəxəssislərin fikrincə, intellektual və inzibati bacarıq tələb edən peşələrin nümayəndələri daha çox risk altındadırlar.
Söhbət xüsusilə IT-mütəxəssislərindən, inzibati və kommersiya menecerlərindən, alim, mühəndis, ixtisaslı dövlət qulluqçularından gedir.
Belə ki, bu, sənətkarlıqla məşğul olanlara daha az təsir edəcək.
İtaliyanın coğrafi cəhətdən sənayeləşmiş Lombardiya və Lazio bölgəsi ən çox risk altındadır. Belə ki, işçilərin müvafiq olaraq 35,2% və 32%-i 2024-cü ildə süni intellektdən təsirlənəcək.
Eyni zamanda, hesabatda yeni texnologiyaların tətbiqi ilə bağlı süni intellektdən istifadənin müsbət tərəfləri də təhlil edilib. Belə ki, İtaliyanın kiçik və orta müəssisələrinin 6,9%-i artıq robotlardan istifadə edir ki, bu da Avropa üzrə orta göstərici 4,6% və Almaniyadakından (3,5%) iki dəfə yüksəkdir.
Bundan əlavə, İtaliyada belə şirkətlərin 5,3%-i süni intellektdən istifadə edir, 13%-i isə yaxın gələcəkdə süni intellektin tətbiqinə sərmayə qoymağı planlaşdırır.
"Süni intellekt məqsəd deyil, vasitədir. Bundan qorxmaq lazım deyil. "Made in Italy" brendini dünyada unikal edən məhsul və xidmətlərin sənətkarlığını təkrarlaya bilən heç bir robot və ya alqoritm yoxdur", – deyə "Confartigianato" prezidenti Marko Qranelli bildirib.
Hesabata görə, Aİ ölkələri arasında süni intellektlə bağlı əmək bazarı üçün ən yüksək təhlükə Lüksemburqdadır. Belə ki, burada işçilərin 59,4%-i işlərini itirə bilər. Almaniya (43%) və Fransa (41,1%) bu göstəricidə İtaliyanı qabaqlayır.
İqbal Rzayev,
KONKRET.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
SWIFT nədir?
Elon Musk kimdir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
SEO nədir və Google axtarışda necə 1-ci olaq?