İtaliyadan sonra Almaniya da ChatGPT-yə girişi məhdudlaşdıra bilər
Almaniya hökumətinin məlumatların mühafizəsi üzrə komissarı Ulrix Kelber ölkədə ChatGPT çat-botunun bloklanmasının mümkünlüyünü etiraf edib. "Prinsipcə, Almaniyada da belə hərəkətlər mümkündür", – deyə komissar bildirib.
Eyni zamanda, Berlinin hazırda çat-botun qadağan edilməsi ilə bağlı konkret planı yoxdur. Kelberin sözlərinə görə, Almaniya İtaliyadan ölkədə ChatGPT-nin müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat istəyib. Roma daha əvvəl italyanların şəxsi məlumatlarının kütləvi toplanması səbəbindən çat-botun işini müvəqqəti məhdudlaşdırmaq qərarına gəlib.
Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
ChatGPT çat-botu 2022-ci ilin sonunda "OpenAI" şirkəti tərəfindən istifadəyə verilib. Xidmət istifadəçi ilə dialoq rejimində qarşılıqlı əlaqə yaradır. O həmçinin əlavə suallara cavab verə, səhvlərini etiraf edə, yanlış fikirlərə etiraz edə və uyğun olmayan sorğuları rədd edə bilər.
İtalyan tənzimləyicisi həmçinin "OpenAI"ni alqoritmləri öyrətmək üçün məlumatlarını topladığı istifadəçilərə bu barədə məlumat vermədiyinə görə tənqid edib və tərtibatçının "fərdi məlumatların kütləvi şəkildə toplanmasına və saxlanmasına haqq qazandıran hüquqi əsasının" olmadığını vurğulayıb.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
İnstaqramda biznes qurmağın yolları
1000 manatla hansı biznesi qurmaq olar?
Ən bahalı otellər hansılardır?
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət