İxrac icmalının yanvar sayı təqdim olunub

İxrac icmalının yanvar sayı təqdim olunub"İxrac icmalı"nın yanvar sayına əsasən, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 3,05 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on iki ayı ilə müqayisədə 12,4% artıb.
2022-ci ilin yanvar-dekabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 57,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5%, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4%, çay ixracı isə 35,6% artıb. 
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4% artıb. 
2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  karbamid (209,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (185,2 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (173,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.  
2022-ci ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 928,6 milyon ABŞ dolları, Türkiyəyə 713,1 milyon ABŞ dolları, Gürcüstana 228,4 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 198,5 milyon ABŞ dolları və Qazaxıstana isə 102,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin dekabr ayının qeyri-neft ixracı 303,5 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 105,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 197,9 milyon ABŞ dollarına bərabər olub.
2022-ci ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (107,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (55,4 milyon ABŞ dolları) ikinci və İsveçrə (31,9 milyon ABŞ dolları) üçüncü  olub.
2022-ci ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (29,1 milyon ABŞ dolları) birinci, xurma (23,9 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (16,8 milyon ABŞ dolları) üçüncü olub.
 "İxrac İcmalı" tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-dekabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2022-ci ilin yanvar-dekabr ayları üzrə qeyri-neft sektorunda iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "AzerGold" QSC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "ASK tütün" MMC, "Azəripək" MMC,  "Şəki Şərab" MMC.
2022-ci ilin yanvar-dekabr aylarında "Azərkosmos" tərəfindən dünyanın 42 ölkəsinə 26,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. "Azərkosmos"-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 faizini təşkil edib. 2022-ci ilin dekabr ayında isə "Azərkosmos" dünyanın 36 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2022-ci ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 6,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 6 milyon ABŞ dolları ilə Fransa, 4,3 milyon ABŞ dolları ilə Lüksemburq, 2,2 milyon ABŞ dolları ilə BƏƏ və 1,5 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.
2022-ci ilin dekabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 190,5 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-dekabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 2,2 milyard manatlıq əməliyyat aparıblar.
2022-ci ilin yanvar-dekabr aylarında Azexport.az portalına 469,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin dekabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 45,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin dekabr ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin kərə yağı, tütün, balıq kürüsü, tikinti materialı, alma, pomidor, pambıq yağı, pambıq mahlıcı, soğan, toyuq yumurtası və s. məhsullar üstünlük təşkil edib.  Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 dekabr tarixinə kimi (72 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 3,2 milyard ABŞ dolları təşkil edib.
Həmçinin "İxrac İcmalı"nda göstərilib ki, 2023-cü ilin yanvar ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 9,8 milyon ABŞ dolları olub. 
İxrac icmalının yanvar sayı təqdim olunubİxrac icmalının yanvar sayı təqdim olunubİxrac icmalının yanvar sayı təqdim olunubİxrac icmalının yanvar sayı təqdim olunubİxrac icmalının yanvar sayı təqdim olunubİxrac icmalının yanvar sayı təqdim olunubİxrac icmalının yanvar sayı təqdim olunubİxrac icmalının yanvar sayı təqdim olunubİxrac icmalının yanvar sayı təqdim olunubİxrac icmalının yanvar sayı təqdim olunubİxrac icmalının yanvar sayı təqdim olunubİxrac icmalının yanvar sayı təqdim olunubİxrac icmalının yanvar sayı təqdim olunubİxrac icmalının yanvar sayı təqdim olunubİxrac icmalının yanvar sayı təqdim olunub/ marja.az

Maliyyə     Tarix: 01 fevral 2023

Oxşar xəbərlər

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi


iqtisadi xeberler emlak xeberleri bank faizleri dollar mezenne valyuta kurslari