"İxrac rekord həddə artdığı üçün daxili bazarda ehtiyat tükəndi və o üzdən qiymət bahalaşdı"

Soğanın istehsal coğrafiyası da genişdir. Bu gün təxminən 170 ölkə onun yetişdirilməsi ilə məşğuldur. Əsas istehsalçı və ixracatçı ölkələr Niderland, Hindistan, Çin, İspaniya, Meksika, Misir və ABŞ-dır. Bununla yanaşı,  başqa ölkələr də dünya bazarına az-çox soğan çıxarır.
Xəbər verildiyi kimi, fevral ayının əvvəlində Azərbaycan Respublikasının Nazirlər Kabineti soğanın ölkə ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən mallar siyahısına daxil olunması barədə qərar qəbul edib. Bəs qeyri neft-qaz sektoru üzrə ixracda maraqlı olan ölkəmizin belə qərar verməsinin səbəbi nədir? Təbii ki, daxili bazarın qorunması və istehlakçıların mənafeyinin nəzərə alınması. Məlumdur ki, daxili bazarda cari ilin əvvəlindən soğanın qiyməti kəskin şəkildə artaraq 1,2-1,7 manata qədər yüksəlib. Qiymətin belə bahalaşması alıcılıq qabiliyyəti aşağı olan istehlakçılara çətinlik yaradıb. Odur ki, hökumət bunun qarşısını almaq üçün soğanın ixracını tənzimləməklə yanaşı, idxalı stimullaşdırmaq məqsədilə tədbir görüb. Yəni soğanı gömrük rüsumundan azad edib. 
Kənd Təsərrüftaı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadə də deyir ki, dünya bazarında soğana olan tələbatın çoxalması və qiymətin yüksək olması ölkəmizdən onun ixracının görünməmiş həcmdə artmasına səbəb olduğu üçün daxili tələbatın ödənilməsində problemlər yaşanmağa başlandı: "Təkcə ötən ilin dekabr ayında Azərbaycandan 727, cari ilin yanvarında isə 1864 ton soğan ixrac olundu. Daxili bazarda  illik soğan istehlakı təxminən 250-270 min tondur. Hər il daxili tələbatdan 45-50 min ton çox ehtiyat yaranırdı. Məlum səbəbdən bu il ixrac rekord həddə artdığı üçün daxili bazarda ehtiyat tükəndi və o üzdən qiymət bahalaşdı". 
Elə isə belə halların təkrar olunmaması üçün nə etmək lazımdır? Fikrimizcə, bu sahədə Kənd Təsərrüfatı Nazirliyinin üzərinə böyük məsuliyyət düşür. Belə ki, nazirlik təkcə soğanın deyil, digər kənd təsərrüfatı məhsullarının da dünya bazarındakı vəziyyətini daim nəzarətdə saxlamaqla təhlillər aparmalıdır. Bundan sonra yerlərdə fermerlərlə görüşlər keçirib hansı məhsullara daxili və xarici bazarlarda tələbatın olması barədə məlumat verməlidir. Belə olan halda daxili tələbat ödəndikdən sonra ixracı da artırmaq mümkündür. Bu həm fermerlərin, həm də yerli istehlakçıların xeyrinə olar.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Azərbaycan" / marja.az

Maliyyə     Tarix: 17 fevral 2023

Oxşar xəbərlər

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi


iqtisadi xeberler emlak xeberleri bank faizleri dollar mezenne valyuta kurslari