"Jackson Hole" simpoziumu öncəsi qlobal bazarlarda son vəziyyət
Bugün başlayacaq və iki gün davam edəcək olan "Jackson Hole" Simpoziumu öncəsi dollar indeksi (DXY) növbəti dəfə 103.50 bənd həddini qırmağa cəhd etsə də, yenə buna müəssər ola bilmədi. "Ayılar"ın ciddi müqaviməti ilə qarşılaşan DXY yenidən 103.40 bənd həddinə gerilədi.
Avrozonada, Almaniyada, İngiltərədə sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəricilərinin proqnozlaşdırılandan da çox zəifləməsi fonunda avro və funt-sterlinq dünən günün əvvəlində dollar kəskin ucuzlaşsa da, Amerika sessiyasında bütün itkilərini geri alaraq günün əvvəlindəki səviyyələrə qayıtdılar.
Bugündən etibarən isə bütün diqqətlər "Jackson Hole" Simpoziumuna yönəlib.
"Jackson Hole" simpoziumu (24-26 avqust) dünyanın hər yerindən aparıcı mərkəzi bankların nümayəndələrinin iştirakı ilə keçiriləcək. Amma əsas məqam cümə günü səhər çıxış edəcək FED-in sədri Jerom Pavelin verəcəyi mesajlardır.
Federal Ehtiyatlar Sistemi tərəfindən keçirilən "Jackson Hole" İqtisadi Simpoziumu hər il ABŞ-ın Vayominq ştatının Cekson şəhərində keçirilir. Tədbir dünyanın hər yerindən mərkəzi bank rəhbərlərinin iştirak etdiyi üç günlük beynəlxalq konfransdır. Mərkəzi bank rəhbərləri dünya hadisələrini və maliyyə tendensiyalarını müzakirə edirlər, qlobal faiz dərəcələrinin ehtimal olunan istiqaməti üçün danışıqlar aparırlar.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitiklıri tərəfindən hazırlanıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?