Jurnalistlər arasında keçirilən futbol çempionatının qalibi - MÜƏYYƏN OLUNUB
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turniri keçirilib.
FED.az xəbər verir ki, "Avrora Qrup"un sponsorluğu, İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 30-dan çox media orqanının əməkdaşı iştirak edib.
İki gün davam edən turnirin 3-cü yer uğrunda oyununda informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət "Əkinçi" komandası ictimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət "Ziya" komandası ilə qarşılaşıb. Oyun "Əkinçi"nin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnirin final oyununda isə televiziya işçilərindən formalaşan "Kaspi" komandası idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Kaspi"çilər 3:1 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.
Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri - "Kaspi", "Kəşkül" və "Əkinçi" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər.
Turnirin ən yaxşı qapıçısı "Kəşkül"ün qolkiperi Kənan Məstəliyev, yarışın ən yaxşı oyunçusu isə "Kaspi"nin üzvü Nurani İsgəndərov sayılıb. Onlara xüsusi mükafat verilib.
Sonda tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor "Avrora Qrup"un hədiyyələri təqdim olunub.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Bill Qeyts kimdir?
"iPhone 15" modelinin üstünlükləri
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?