Kanada ChatGPT-nin yaradıcısı ilə bağlı araşdırmaya başlayıb
Kanadanın məxfilik komissarı ChatGPT neyron şəbəkəsini hazırlayan Amerika şirkəti "OpenAI"nin fəaliyyəti ilə bağlı araşdırmaya başlayıb. İstintaq istifadəçilərin "şəxsi məlumatların razılığı olmadan toplanması, istifadəsi və açıqlanması ilə bağlı şikayətə cavab olaraq" başlanılıb", – deyə komissar bildirib.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Bundan əvvəl İtaliya hakimiyyəti ChatGPT-nin işi ilə bağlı araşdırmaya başlamışdı. İtaliyanın Şəxsi Məlumatların Mühafizəsi İdarəsi çat-botun Aİ-də qüvvədə olan Ümumi Məlumatların Qorunması Qaydasına uyğun olub-olmadığını öyrənmək niyyətindədir.
İstintaq ChatGPT-nin işində nasazlıq səbəbindən fəaliyyətini dayandırdığı 20 Mart hadisələri ilə bağlıdır. Bu uğursuzluq istifadəçilərin şəxsi məlumatlarının sızmasına səbəb olub. İtalyan tənzimləyicisinin iddiaları arasında ChatGPT-nin istifadəçilərin yaşını yoxlamamasıdır. Bu arada, İtaliya hakimiyyəti italyan istifadəçilərinin məlumatlarını emal etmək üçün ChatGPT çat-botunun istifadəsinə müvəqqəti məhdudiyyətlər qoyub.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
İnstaqramda biznes qurmağın yolları
1000 manatla hansı biznesi qurmaq olar?
Ən bahalı otellər hansılardır?
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət