Kapital Bank və Qırmızı Ürəklər Fondu Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edib

Kapital Bank və Qırmızı Ürəklər Fondu Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edib®Məlumat verdiyimiz kimi Kapital Bank korporativ sosial məsuliyyət istiqamatinə  uyğun olaraq Qırmızı Ürəklər (Red Hearts) Fondu ilə birgə "Hər şey mümkündür!" adlı sosial layihə həyata keçirir. 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilən layihənin əsas məqsədi Daun və autizm sindromlu, eləcə də əlilliyi olan uşaqların cəmiyyətdə aktiv iştirakının təmin edilməsi, onların həyat keyfiyyətinin yüksəldilməsi, inklüzivlik, bərabərlik, müyəssərlik meyarlarının artırılmasıdır.   
Layihənin davamı olaraq Daun və autizm sindromlu, eləcə də əlilliyi olan uşaqların incəsənətə marağını, bu sahənin onların səhəttinə müsbət təsirini nəzərə alaraq     1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində "Eko çanta üzərində rəsm", "Akril boya ilə kətan üzərində rəsm", "Keramika" master-klasları həyata keçirilib.
Cəmiyyətdə sosial dəstəyə ehtiyacı olan şəxslər tərəfindən böyük maraqla qarşılanan "Hər şey mümkündür!" layihəsi artıq beynəlxalq səviyyədə bir neçə uğur qazanıb. Belə ki, layihə "Felis Mükafatları" çərçivəsində 11 noyabr 2022-ci il tarixində İstanbul şəhərində keçirilən ənənəvi "Brand Week" tədbirində "Ən yaxşı reklam kampaniyası" və "Ən yaxşı film" nominasiyasında qızıl mükafata layiq görülüb. 2021-ci ildə Ukraynada keçirilən "Kyiv International Advertising Festival"da isə layihə iki nominasiya üzrə bürünc medal qazanıb. 
Eyni zamanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində sosial dəstəyə ehtiyacı olan uşaqlara sevinc bəxş etmək üçün Qırmızı Ürəklər Fondu "İnkişafa Doğru" İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi ilə birgə "Ramazan xeyriyyə yarmarkası" keçirib. Yarmarkadan toplanan ianələr hesabına Bilgəh qəsəbəsindəki 11 saylı İnteqrasiya təlimli internat məktəbinə gigiyenik, təmizlik və geyim vasitələri alınıb. Bununla yanaşı Sumqayıt şəhərində yaşayan 16 yaşa qədər olan 109 şəhid övladına "Əli və Nino" kitab mağazaları şəbəkəsindən hədiyyə kartları təqdim edilib.
Qeyd edək ki, "Red Hearts"-Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.  saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin "Cəmiyyət" bölməsinə daxil olub ianələr etmək olar. / banker.az

Banklar     Tarix: 31 may 2024

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq