Kartlar, pullar və kripto valyutalar: NullMixer istifadəçilərin şəxsi məlumatlarını - TƏHDİD EDİR

Kartlar, pullar və kripto valyutalar: NullMixer istifadəçilərin şəxsi məlumatlarını - TƏHDİD EDİRBu ilin əvvəlindən etibarən dünyada demək olar ki, 50 000 istifadəçi NullMixer* ilə qarşılaşıb.
Bu troyan cihaza loginləri, şifrələri, bank kartı məlumatlarını və bəzi sosial şəbəkə və onlayn mağazalarda hesablara girişi oğurlayan, həmçinin kripto pul kisələrinin ünvanlarını saxtalaşdıran proqram yükləyir və klaviatura vasitəsilə daxil edilən məlumatları toplamağa qadirdir.
Təhlükə nədən ibarətdir və cihazlara necə daxil olur. NullMixer cihaza eyni anda bir çox troyan yükləyə bilər. Təcavüzkarlar insanların kreklər (haker alətləri), açar generatorları və aktivator proqramlarını yüklədiyi saytlarda zərərli proqramları aktiv şəkildə yayırlar. Adətən, həmin resursdan sındıraraq əldə etdiyiniz proqramı yükləməyə çalışdığınız zaman yoluxma baş verir. İstifadəçi dərhal şifrə ilə qorunan arxivi və ətraflı təlimatları olan səhifəyə yönləndirilir. Bu təlimatlara əməl etsəniz, cihaza sizə lazım olan proqramı yox, NullMixer-i yükləyəcəksiniz. Zərərli proqram bir çox zərərli faylların yolunu açır. Bunlara digər yükləyicilər, casus proqramları, arxa qapılar (qanunsuz müdaxilələrə imkan verən sistem nöqsanı), bank troyanları, həmçinin Telegram hesabından və bir sıra VPN proqramlarından məlumatları, Discord tokenlərini, kripto pul kisələri, saxlanmış şifrələr və brauzerlərdən kukiləri (cookies) oğurlaya bilən RedLine oğurluq proqramı daxildir.
Niyə təcavüzkarların tələsinə düşmək asandır. NullMixer peşəkar SEO alətləri vasitəsilə yayılır. Onlar axtarış mühərriklərinin ilk sətirlərində bu zərərli proqramın gizləndiyi saytları göstərməyə imkan verir. Bu resursları ilk səhifələrdə "cracks" və "keygens" açar sözlərini yazmaqla açığa çıxarmaq olar.
"Boz və qeyri-rəsmi saytlardan fayllar yükləmək rus ruleti oynamaq kimi bir şeydir. Yüklədiyiniz proqramın təhlükəsiz olduğuna heç kim zəmanət vermir. Təcavüzkarlar isə məxfi məlumatlara, o cümlədən klaviaturada daxil etdiyiniz məlumatlara giriş əldə edə bilər: sifariş edilmiş malların çatdırılma ünvanından tutmuş cihazdan daxil edilən login və şifrələrə qədər. Məhsulların rəsmi versiyalarından və etibarlı təhlükəsizlik həllərindən istifadə etməklə bu təhlükənin qarşısını almaq olar", - deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə eksperti Denis Parinov qeyd edir.
Məlumatlarınızı qorumaq üçün Kaspersky tövsiyə edir:
tətbiqləri rəsmi mənbələrdən yükləyin - bu, cihazın təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq;
zərərli proqramları yükləməyə və işə salmağa imkan verməyən, məsələn, Kaspersky Internet Security kimi etibarlı həllərdən istifadə edin.
* 1 yanvar – 15 sentyabr tarixləri arasında Kaspersky həllərinə edilmiş geridönüşlərin anonimləşdirilmiş statistikasına əsasən. / fed.az

Kriptovalyuta     Tarix: 03 oktyabr 2022

Oxşar xəbərlər

"Bitcoin"in qiyməti 74 min dollara yaxınlaşır - SON QIYMƏT

Qlobal kriptovalyuta bazarında əsas aktivlər üzrə qiymət artımı müşahidə olunur.  biznes və maliyyə xəbərləri portalı CoinMarketCap məlumatlarına istinadən xəbər verir ki, son sutka ərzində bazarın ümumi kapitallaşması 3,30

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58

Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək

Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər. Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankını

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qeyd edilməlidir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanı

"Bitcoin" 64 min dollara çatıb - SON qiymət

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb.   xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"

Bitkoin ucuzlaşa bilər - Proqnoz

Kriptovalyuta bazarında qiymətlər enməyə başlayıb. Bitkoin 100 min dollarlıq həddən aşağı düşüb və hazırda 95 min dollar tərafında ticarət edilir. xəbər verir ki, vəziyyət artıq bir neçə gündür davam edir. Verilən proqnoz

OKX kriptokartına girişi genişləndirir: Alış-verişi steyblkoinlərlə necə ödəmək olar

OKX ödəniş kartının coğrafiyasını genişləndirir: 22 iyuldan etibarən daha çox istifadəçi onu əldə edə biləcək. Kart onlayn alış-verişləri, abunəlikləri, xarici xidmətləri və gündəlik xərcləri steyblkoin balansından ödəməy

"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u

"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08


iqtisadi xeberler valyuta mezennesi telefonla pul qazanmaq dollarin kursu bu gun dollar məzənnəsi