Kasıbçılıqdan qurtulmağın yolları açıqlandı - FOTO

Kasıbçılıqdan qurtulmağın yolları açıqlandı - FOTOKasıbçılıqdan qurtulmağın yolları açıqlandı - FOTO
Maliyyədə nizam-intizamın əsasını onların hesabatının aparılması təşkil edir. Yalnız gəlirləri deyil, xərcləri də nəzərə almaq lazımdır.
Bu barədə Rusiyanın Keyfiyyət Sisteminin ("Roskaçestvo") Maliyyə Savadlılığı Mərkəzinin mütəxəssisləri maddi vəziyyəti  yaxşılaşdırmağın yolları barədə tövsiyələrində bildiriblər.
Onların sözlərinə görə, aylıq xərcləri şərti olaraq bir neçə kateqoriyaya bölmək olar: məcburi ödənişlər, yemək, nəqliyyat, geyim və ayaqqabı, aptek və s.
Kasıbçılıqdan qurtulmağın yolları açıqlandı - FOTOEkspertlər bildiriblər ki, maliyyə planları konkret məqsədlərə çatmağa imkan verir. Bunun üçün də onları bir ay, altı ay və bir il üçün tərtib etməyi məsləhət görülüb. 
Gözlənilməz hallardan qorunmaq üçün isə mütəxəssislər bir neçə aylıq əmək haqqından ehtiyat fondu yaratmağı tövsiyə edirlər.
Bundan əlavə, xərcləri bir az azaltmaq üçün kredit və borclardan qaçınmağın vacibliyi vurğulanıb:
"Heç bir krediti sərfəli adlandırmaq olmaz. "Əlverişli" şərtlər sadəcə bankların hiyləsidir, müştəriyə heç bir fayda gətirmir. Vəziyyət nəzarətdən çıxıbsa və sözün həqiqi mənasında borcunuz varsa, maliyyə nizamına gedən yolda ikinci addım borcdan qurtulmaq üçün bir plan hazırlamaq olmalıdır", - deyə mütəxəssislər bildiriblər.
Kasıbçılıqdan qurtulmağın yolları açıqlandı - FOTOEkspertlər xüsusi günlər təyin etməyi və bu günlərdə pul xərcləməməyi tövsiyə edir:
"Həyatınızda çoxlu xərclər olduqda (dəbdəbəli ayaqqabılar, müasir oyun konsolu və ya yaxınlıqdakı bir qəhvə mağazasından latte) - debet kartınızın fasiləyə ehtiyacı var. Xərcsiz bu günlər sizi sonradan peşman ola biləcəyiniz alışlardan uzaqlaşdıracaq. Əgər almaq istədiyiniz bir şey görsəniz, (xərcsiz gün təyin etdiyiniz üçün) növbəti günə qədər gözləməli olacaqsınız. Bu müddət ərzində isə siz "soyuyacaqsınız" və bu şeyə həqiqətən ehtiyacınızın olub-olmadığına qərar verəcəksiniz", - deyə onlar bildiriblər.
Mütəxəssislər kiçik addımlrla başlamağı və ayda iki günü pulsuz gün təyin etməyi məsləhət görür.
Kasıbçılıqdan qurtulmağın yolları açıqlandı - FOTO"Bu üsul işləyirsə və "oruc" günlərinin sayını artırmaq istəyirsinizsə, onları həftədə bir günə qədər artırmaq olar", - deyə onlar ekspertlər əlavə ediblər.
Bundan başqa insanın özünə sərmayə qomasının vacibliyi də vurğulanıb.
"Əgər siz onu istifadə edəcək qədər sağlam deyilsinizsə dünyadakı bütün pulların heç bir əhəmiyyəti yoxdur. Həm də özünüzü yaxşı hiss edəndə pulunuzun hara xərclənməsi ilə bağlı daha yaxşı qərarlar qəbul edəcəksiniz", - deyə qurumun ekspertləri sözlərini yekunlaşdırıblar.
Mənbə: Moslenta

Xəbərlər     Tarix: 29 avqust 2022

Oxşar xəbərlər

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd


iqtisadi xeberler kripto pul qazanmaq biznes krediti bitcoin qiymeti