Keçən il Türkiyədə Azərbaycan kapitallı şirkətlərin - SAYI ARTIB
Keçən il Türkiyədə Azərbaycan kapitalı ilə 350 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 113 şirkət çoxdur.
Türkiyə şirkəti Azərbaycanda - OFİS AÇMAQ İSTƏYİR
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb.
"2022-ci ilin dekabr ayında Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 164,6 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 63,2 milyon lirə təşkil edib"- deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (291) qeydiyyata alınıb.
"İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 131,3 milyon lirə təşkil edib" – deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 28 ixracat, 180 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. (Trend)

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
ZARA-nın uğur hekayəsi
Dropshipping nədir?
Layihə menecmenti nədir?
Dünyanın ən bahalı restoranları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri