Kəmaləddin Heydərov müavininin vəfatı ilə bağlı başsağlığı verdi
Fövqəladə Hallar Nazirliyinə ağır itki üz vermişdir. Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini daxili xidmət general-leytenantı Nazim Xeyrulla oğlu Məmmədov 2022-ci il avqustun 26-da ömrünün 70-ci ilində vəfat etmişdir.
Bu barədə azxeber.com-a FHN-in mətbuat xidmətindən bildirilib.
Nazim Məmmədov 8 oktyabr 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə doğulub boya-başa çatdığı Ordubad şəhərində başlayan N.Məmmədov ömrünün sonrakı mərhələsini Bakı şəhəri ilə bağlamış, uzun illər Dövlət Gömrük Komitəsində məsul vəzifələrdə çalışmışdır. 2018-ci ildən Fövqəladə Hallar Nazirliyində nazir müavini kimi fəaliyyətini davam etdirmişdir.
Nazim Məmmədov istər Dövlət Gömrük Komitəsində, istərsə də Fövqəladə Hallar Nazirliyində çalışdığı müddət ərzində daim dövlətçilik prinsiplərinə sadiqliyi ilə seçilmiş, işgüzarlıq və təşkilatçılıq bacarığı, səmimiliyi, müsbət xüsusiyyətləri ilə kollektiv arasında böyük hörmət qazanmışdır. Nazim Məmmədov üzərinə düşən vəzifələri hər zaman böyük məsuliyyət və əzmkarlıqla icra etmişdir. Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək müxtəlif orden və medallarla təltif olunmuşdur.
Gözəl insan, bacarıqlı təşkilatçı, vicdanlı vətəndaş Nazim Məmmədovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Fövqəladə Hallar Nazirliyinin kollektivi adından nazir general-polkovnik Kəmaləddin Heydərov.
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd