Kissincer: "Rusiya müharibədən heç bir fayda əldə etməməlidir"
"Ukraynada hərbi əməliyyatları danışıqlar yolu ilə dayandırmaq lazımdır. Münaqişənin daha da uzanması eskalasiya təhlükəsi yaradır. Rusiya müharibədən heç bir fayda əldə etməməlidir".
KONKRET.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.
Onun sözlərinə görə, Rusiya ələ keçirdiyi ərazilərin 15-20%-ni Ukraynaya verərək, hərbi əməliyyatlar başlamazdan əvvəl olan sərhədlərə qayıtmalıdır.
"Mən müharibəni qeyri-müəyyən müddətə uzatmaqdan çəkinərdim. Çünki o halda Birinci Dünya Müharibəsi kimi olacaq", – Kissincer bildirib.
Qeyd edək ki, may ayında keçmiş dövlət katibi Rusiya ilə sülh danışıqlarını bərpa etmək üçün Ukraynaya təzyiq göstərməyə çağırıb. Ukrayna prezidenti Vladimir Zelenski bu yanaşmanı tənqid edib. Kissincer bildirib ki, onun sözləri yanlış anlaşılıb.
O, həmçinin hesab edir ki, Rusiyanın hərbi əməliyyatının hansı şəraitdə başa çatmasından asılı olaraq, NATO-nun Avropadakı rolu zəifləyə və ya güclənə bilər. Bundan başqa, siyasətçi ABŞ-ın Rusiya və Çinlə müharibə astanasında olduğunu deyib.
İqbal Rzayev,
KONKRET.az

ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
SMM nə deməkdir?
Dünyanın ən varlı 10 adamı
İnstaqramda biznes qurmağın yolları
ZARA-nın uğur hekayəsi
Dünyanın ən dəyərli avtomobil şirkətləri