KİV: "Britaniya Rusiyadan neft almağa davam edir"
Böyük Britaniya tədarükün dayandırılmasına baxmayaraq, Rusiya neftini almağa davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə "The Sunday Times" məlumat yayıb.
Bildirilib ki, fevralın sonundan bəri 200 milyon funt sterlinq dəyərində Rusiya nefti daşıyan 39 tanker Britaniya limanlarına gəlib.
Xüsusilə, iyun və iyul aylarında Rusiyadan Böyük Britaniyaya neft tədarükü 80 milyon funt sterlinq həcmində qiymətləndirilib. Rəsmi hesabatlar isə Britaniyanın bu dövr ərzində ümumiyyətlə Rusiyadan neft almadığını göstərir.
Ümumilikdə, mart ayından bəri Böyük Britaniyaya tədarük edilən Rusiya neftinin ümumi həcmi 778 milyon funt sterlinq səviyyəsində qiymətləndirilir.
İqbal Rzayev,
KONKRET.az

"Vulkan" ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
Mərkəzi Bank daha iki bankın vəzifəli şəxsini cərimələdi
PAŞA Bank tarixi IPO-ya start verir
Azərbaycanda əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklif edilir
SMM nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes planı necə yazmaq lazımdır?
Kriptovalyuta nədir?
Swift nədir?