Klasterləşmə təşəbbüsü olan sahibkarların nəzərinə! - 7 il vergilərdən tam azad ediləcəklər
Klasterləşmə təşəbbüsü olan sahibkarlar bir sıra vergi güzəştlərindən, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən göstərilən müxtəlif dəstək və xidmətlərdən faydalana bilərlər.
KOBİA-dan FED.az-a bildirilib ki, qurum tərəfindən təqdim edilən "KOB klaster şirkəti şəhadətnaməsi" almış sahibkar 7 il müddətinə
- mənfəət və ya gəlir vergisindən tam azad edilir;
- torpaq və əmlak vergisindən tam azad olunur;
- müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV-dən tam azad olunur;
- KOB klasterinin iştirakçısı olan sahibkarların KOB klaster şirkətinə təqdim etdiyi mal mənfəət və ya gəlir vergisindən tam azad olunur.
KOBİA tərəfindən isə klasterləşməyə aşağıdakı istiqamətlərdə dəstək göstərilir:
- informasiya və məsləhət xidməti;
- KOB klasterinin funksional xəritəsinin hazırlanması;
- KOB klasterin yaradılmasının maliyyə-iqtisadi əsaslandırılmasının hazırlanması;
- KOB klasterinin iştirakçısının tapılması.
Sahibkarlar klasterləşmə ilə bağlı yuxarıda qeyd edilən dəstəklər üçün KOBİA-ya elektron poçt ([email protected]) və ya rəsmi internet səhifəsi üzərindən birbaşa müraciət edə bilərlər.
Qeyd edək ki, KOB klaster - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klaster iştirakçılarının məcmusudur. KOB klasterin yaradılmasına dövlət dəstəyi, o cümlədən güzəştlər, KOB klaster şirkəti şəhadətnaməsini almaq üçün lazım olan sənədlər barədə məlumatı KOBİA-nın saytından (https://smb.gov.az/az/nav/kob-klaster) və ya 131 Çağrı Mərkəzindən öyrənmək olar.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
ZARA-nın uğur hekayəsi
Elon Musk kimdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
IMEI kod nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv