KOBİA Macarıstanda bir sıra - GÖRÜŞLƏR KEÇİRİB - FOTOLAR

KOBİA Macarıstanda bir sıra - GÖRÜŞLƏR KEÇİRİB - FOTOLARAzərbaycan nümayəndə heyətinin tərkibində Macarıstanda səfərdə olan Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin İxracın Təşviqi Agentliyində (HEPA) və Ticarət və Sənaye Palatasında görüşlər keçirib. 
Ağsuda KOB dostu fəaliyyətə başlayıb - FOTOLAR
FED.az xəbər verir ki, KOBİA-nın yaydığı məlumatda bildirilir ki, HEPA-nın baş direktorunun müavini Qabor Jenei ilə görüşdə Azərbaycan və Macarıstan biznes dairələrinin, xüsusilə də KOB-ların əlaqələndirilməsi tədbirlərinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Macarıstanın Ticarət və Sənaye Palatasında keçirilmiş görüşdə isə ticarət əməliyyatları zamanı iş adamlarına dəstək göstərmək üçün KOBİA ilə əməkdaşlıq perspektivləri müzakirə edilib. 
Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasında və Macarıstan-Azərbaycan biznes forumunda iştirak edib.  
Komissiyanın iclasındakı çıxışında KOBİA sədri Macarıstanın müvafiq qurumları və Agentlik arasında əməkdaşlığın vəziyyətinə, KOBİA-nın fəaliyyətinə dair məlumat verib.
Macarıstan-Azərbaycan biznes forumunda isə Orxan Məmmədov hər iki ölkənin biznes dairələri arasında əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, KOBİA-nın hər iki ölkənin KOB-ları arasında lazımi əlaqələndirməni həyata keçirməyə hazır olduğunu vurğulayıb.
Agentlik sədri KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verərək Agentliyin təcrübəsini Macarıstanla bölüşməyə hazır olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində xarici şirkətlər üçün perspektiv imkanlar mövcuddur. Bu ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən xarici şirkətlərin müraciətləri arasında Macarıstan şirkətləri də əsas yerlərdən birini tutur. KOBİA Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya qoymaq istəyən sərmayədarlara dəstək göstərməyə hazırdır. 

Biznes     Tarix: 18 fevral 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler biznes krediti telefonla pul qazanmaq depozit faizleri valyuta xeberleri