KOBİA: "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin bir qismi fəaliyyətsizdir"
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Startap" şəhadətnaməsi verdiyi KOB subyektlərinin bir qismi fəaliyyət göstərmir.
FED.az xəbər verir ki, bunu Bakıda "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı keçirilən "Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda Agentliyin İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib.
"Biz əsasən şəhadətnamə verməklə startapları dəstəkləyirik. Son iki ildə 60 yaxın KOB subyektinə "Startap" şəhadətnaməsi vermişik. Amma bu sənəd hər şey demək deyil. Şəhadətnamə verdiyimiz startaplardan fəaliyyətdə olmayanlar var. Bir sıra startaplar maliyyə sıxıntısı çəkirlər. Gələcəkdə onların maliyyələşdirilməsi məsələsinə çox diqqət yetirməliyik ki, ölkə iqtisadiyyatında öz yerlərini tuta bilsinlər", - deyə o, qeyd edib.
Bundan başqa, S.Hümbətov deyib ki, KOBİA nağdsız əməliyyatlara üstünlük verir, onların stimullaşdırılmasında iştirak edir: "Biz mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlimizdəki maliyyə və qeyri-maliyyə alətlərindən istifadə edirik. Bundan başqa, elektron platformaların yaradılmasına, insanlara göstərilən xidmətlərin asanlaşdırılmasına çalışırıq. Hazırda bir neçə platforma üzərində işləyirik, bir neçəsi isə istifadəyə verilib. Həmçinin KOBİA-nın regionlarda istifadəyə verdiyi KOB evlərində də xidmətlərin elektrolaşdırılmasına üstünlük verilir. Yeri gəlmişkən, yaxın vaxtlarda Bakıda da KOB evi istifadəyə veriləcək". (Report)

"Qala Həyat"ın ödənişləri 76% artıb
Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal
Azərbaycanda banklararası istinad faizi yüksəlib
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?
Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
"iPhone 15" modelinin üstünlükləri
Start-up nədir?
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın əh bahalı brendləri - TOP-10