Konstitutsiya Məhkəməsinin ipoteka ilə bağlı qərarı hansı hallara aiddir?

Konstitutsiya Məhkəməsinin ipoteka ilə bağlı qərarı hansı hallara aiddir?Xəbər verildiyi kimi, Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Mülki Məcəllənin 269.1-ci, 269.5-ci, 460.1-ci və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib.
Qərarda deyilir ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
Qərar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilir ki, ipoteka krediti götürən şəxsin ölməsi və əmək qabiliyyətini itirməsi vəziyyətində onun borcunun vərəsələri tərəfindən ödəniləcəyi halda, həyat sığortası üçün ödəniş etməyə nə ehtiyac var?  
Əvvəlcə, Mülki Məcəllənin əlaqəli şəkildə şərh edilmiş və istinad edilmiş sözügedən maddələrinin nədən bəhs etdiyinə nəzər yetirək.
Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
Maddə 269.5  Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
Maddə 460.1 Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
Maddə 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
"İpoteka haqqında" Qanunun 34.1-ci maddəsi isə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən halları müəyyən edir. Buraya:
Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
Bu Qanunda nəzərdə tutulmuş digər hallar aiddir.
Qərarda da deyildiyi kimi, borclunun ölümündən sonra onun vərəsələri mirasa sahib olduqları qədər miras qoyanın öhdəlikləri qarşısında məsuliyyət daşıyırlar. Vərəsələr öhdəliyi tam və ya lazımınca icra etmədikdə, kreditor borcun ipoteka predmetindən tutulması barədə iddia qaldıra bilər.
Ancaq bu halı İpoteka və Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinə aid etmək olmur. Çünki bu halda ipoteka qoyanla ( ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər) borcalan eyni şəxs olur. Bu baxımdan ipoteka krediti əldə etdikdən sonra şəxs əmlakı ilə yanaşı, həyatını sığortalamalıdır. Həyat sığortası borcalanın ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olmaqla kredit müddətinin sonunadək bağlanılır. Göstərilən hallar baş verdikdə müqavilə bağlanarkən razılaşdırılan sığorta məbləği sığorta şirkəti tərəfindən sığorta ödənişini almaq hüquqi olan şəxsə (hüquqi və fiziki şəxsə) verilir.
Konstitutsiya Məhkəməsinin Qərarı isə borcalan ilə ipoteka qoyanın fərqli olduğu hallara aiddir. Bu da Zəmanət və İpoteka Fondunun iştirakı olmadan banklar tərəfindən verilən kreditlərdə təminat kimi ipotekanın götürülməsi ilə bağlıdır. Qərara əsasən, ipoteka ilə yüklü edilmiş öhdəlik borcalanın ölümü və əmək qabiliyyətinin itirilməsi səbəbindən ödənilmədikdə, ipoteka qoyandan əvvəl borcalanın vərəsələri həmin öhdəlik üçün məsuliyyət daşıyır.
Məsələn, Məmməd bankdan kredit götürmək istəyir. Bank Məmməddən kredit müqabilində təminat istəyir. Məmməd isə tanışı Əlidən xahiş edir ki, öz evini bank qarşısında ipoteka qoysun ki, o krediti götürə bilsin. Əli ipoteka qoyur, Məmməd krediti götürür. Bu halda Məmməd borcalan, Əli isə ipoteka qoyan olur. Bir müddətdən sonra Məmməd dünyasını dəyişir. Bank Əlinin ipotekasına yönləndirmə edir ki, Məmmədin götürdüyü kredit bağlansın.
Qərarda isə deyilir ki, əvvəlcə Məmmədin vərəsələri bu ödənişi verməlidir. Məmmədin vərəsələri bu ödənişi vermədikdən sonra Əlinin evinə yönləndirmək olar. Məmmədin vərəsələri borc üçün onun ölüm halından məsuliyyət daşıyır. Bank 90 gün ərzində borc ödənilməzsə ipotekaya yönləndirmə edə bilər.
Göründüyü kimi, burada söhbət İpoteka və Zəmanət Fondu tərəfindən verilən kreditlərdən getmir. Çünki Məmməd Fond vasitəsilə ipoteka götürsəydi, borcalan da özü olacaqdı, ipoteka qoyan da. Bu halda, onun həyatı da sığortalanacaqdı. Hadisə baş verdikdə isə kreditə görə ödənişi sığorta şirkəti edəcəkdi.
© Qafqazinfo / marja.az

Banklar     Tarix: 24 may 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler investisiya bitcoin biznes krediti kripto