ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır
ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır.
Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
İlkin razılaşmanın müsbət olduğunu bildirən Abbas İbrahimov qeyd edib ki, prosesin maksimum sürətlə tamamlanması nəzərdə tutulur.
Bildirilib ki, sövdələşmədən sonra bank "ABB-Davr" adı ilə fəaliyyət göstərəcək.
ABB rəhbəri qeyd edib ki, əqdin bağlanması tarixindən asılı olaraq dəyərinin 100 milyon ABŞ dollarından artıq olacağı proqnozlaşdırılır.
"Davr Bank"ın aktivləri təxminən 1 milyard ABŞ dolları təşkil edir. Bankın 1,4 milyon müştərisi, 43 filialı və müştəri xidmət mərkəzi mövcuddur.
A. İbrahimovun sözlərinə görə, bank əsasən kiçik bizneslərlə işləyir və xarici maliyyə institutları ilə güclü əlaqələrə malikdir. O bildirib ki, "Davr Bank"ın 400 milyon ABŞ dollarından çox xarici maliyyələşməsi var.
ABB rəhbəri əlavə edib ki, tərəflər eyni maraq və strateji baxışı paylaşırlar.
© APA / marja.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət