İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da®Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinin həyatına daha bir yenilik gətirir. Təqdim olunan yeni imkan sayəsində artıq Birbanklılar ictimai nəqliyyatda təmassız ödənişlər (NFC) zamanı xərclərini daha detallı izləyə biləcəklər.
Belə ki, istifadəçilər Birbank mobil tətbiqində "Tarixçə" bölməsindən ödənişin keçdiyi marşrut nömrəsini, metro stansiyanın adını və gediş tarixini görə bilərlər. Bu da vətəndaşlara gecikmiş ödənişlər zamanı çıxılan məbləğin konkret hansı gedişə aid olduğunu ödəniş qəbzi vasitəsilə aydın şəkildə izləmək imkanı yaradır.
Yeni funksiya NFC texnologiyası ilə bank kartı vasitəsilə həyata keçirilən ödənişlər üçün aktivdir və bütün Birbanklılar üçün əlçatandır.
Məlumat üçün bildirək ki, ötən il Birbank-ın tətbiq etdiyi texnoloji dəstək sayəsində "Baku Bus" MMC də daxil olmaqla, Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında, həmçinin "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyası tətbiq edilib. "K Group" MMC (BakıKart) ilə baş tutan bu əməkdaşlıq bütün yerli bank kartlarını əhatə edir.
Qeyd edək ki, ictimai nəqliyyatda  gediş haqqının ödənilməsi, həmçinin NFC/QR texnologiyaları vasitəsilə həyata keçirilən ödənişlərin texniki tərəfləri Bakı Metropoliteni və BakıKart sisteminin idarəçiliyindədir. Bank ötürülən əməliyyat məlumatları əsasında, yalnız müəyyən edilən məbləğin müştərinin hesabından silinməsi prosesini icra edir. Bu səbəbdən sualı olan müştərilə ətraflı məlumat almaq üçün BakıKart-a müraciət edə bilərlər.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 07 may 2026

Oxşar xəbərlər

Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Dövlət bankı Azər Türk Bankın nümayəndə heyəti ABŞ-nin Mayami şəhərində SWIFT tərəfindən təşkil olunmuş "SIBOS 2026" sərgi-konfransında iştirak edib. "Süni intellektə əsaslanan iqtisadiyyatlarda rəqəmsal maliyyə"

Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Bu, Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbayca

Bir-dən sahibkarlar üçün güzəştlər: "Biznesdə birlikdə" proqramına müraciət üçün tələsin

Bir ekosisteminin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi "Biznesdə birlikdə" layihəsinə qeydiyyat davam edir. Müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir. Layih

Azərbaycanın strateji valyuta ehtiyatları $89,4 milyarda çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il sentyabrın 30-na 89 milyard 380,7 milyon ABŞ dollarına çatıb. Bu, açıqlanan müqayisə göstəricisinə əsasən, 9,7% artım deməkdir. Ehtiyatların yüksəlməsi neftin kəskin bahalaşmas

"PAŞA Bank" IPO-dan sonra kapital artımını səhmdarların müzakirəsinə çıxarır

"PAŞA Bank" ASC ilkin kütləvi təklifin (IPO) yekunları nəzərə alınmaqla nizamnamə kapitalının artırılması məsələsini səhmdarların müzakirəsinə çıxaracaq. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkəna

"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir

"Yapı Kredi Bank Azərbaycan" QSC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 95 milyon 913,54 min manat və ya 20,5% artaraq 563 milyon 171,38 min manata çatıb. Bankın kredit portfelind

ABB 12 ay faizsiz ödəniş imkanı yaradan "TamKart Max" kredit kartını təqdim etdi! ®

ABB kredit kartından daha səmərəli istifadə etmək, alış-verişləri rahat planlamaq və kredit limitindən maksimum faydalanmaq imkanı yaradan yeni "TamKart Max" kredit kartını müştərilərə təqdim edib. . Bu kartla alış-veri

Nisyə satışla məşğul olan şirkətlərə verilən kreditlərlə bağlı yeni tələb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 22 iyul 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası"nda

IMF Azərbaycan Mərkəzi Bankına tövsiyələr verib

Beynəlxalq Valyuta Fondunun (IMF) texniki yardım missiyası çərçivəsində ekspertlər Azərbaycan Mərkəzi Bankında (AMB) olublar. Missiya çərçivəsində qurumda strateji planlaşdırma prosesinin təşkil edilməsi, strateji riskləri


iqtisadi xeberler dollar manat kursu pul qazanmaq bank faizleri en son xeberler