Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi
®Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,75 milyard ABŞ dolları həcmində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Vəsaitin xarici ticarətin maliyyələşdirilməsi, davamlı kənd təsərrüfatı layihələri və real sektorda investisiyalar üçün istifadə olunması nəzərdə tutulmuşdur. Layihə iqtisadiyyatın müxtəlif sahələrində dayanıqlı və inklüziv inkişafın təşviqinə xidmət etməklə yanaşı, eyni zamanda beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə əlavə imkanlar yaradır.
Qeyd edək ki, layihədə dünyanın 24 ölkəsindən 60 aparıcı maliyyə institutu iştirak etmişdir.
Xalq Bank əvvəlki illərdə də dayanıqlı inkişaf prinsiplərini əsas götürərək müxtəlif irihəcmli sindikat kredit layihələrində fəal iştirak etmiş, bu istiqamətdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət