Kredit ödənişi bitməyən məhsulu sata bilərik?

Kredit ödənişi bitməyən məhsulu sata bilərik?Vətəndaşlar arasında müəyyən səbəblərdən kreditlə alınan və hələ borcu tam ödənilməyən məhsulların kənar şəxslərə, mağazalara satışı müşahidə edilir. Qanunvericiliyə əsasən, krediti davam edən əşyanın üçüncü şəxsə ötürülməsi müəyyən şərtlərlə mümkündür və bu zaman borcun kim tərəfindən ödəniləcəyi məsələsi ön plana çıxır. 
Nisyə mal alan və satanların - DİQQƏTİNƏ - VİDEO
FED.az xəbər verir ki, mövzu haqqında vəkil Elvin Səlimov məlumat verib. 
O deyib ki,  Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyaların ödənilməsi və 601-ci maddəsində əşyanın hissəli ödənilməsi ilə bağlı müvafiq müddəalar öz əksini tapır. Əgər vətəndaş hansısa əşyanı nisyə ilə əldə edirsə, həmin əşyanı saxlamaq və satıcı qarşısında girov olaraq, özündə saxlamaq öhdəliyini üzərinə götürür və bu şərtlər müqavilədə öz əksini tapmalıdır. 
Vəkil bildirib ki, nisyə alınmış ( kreditlə) əşya üçüncü şəxslərə satıldıqda həmin əşyaya görə ödənilməli olan pul məbləği ilk həmin əşyanı nisyə alan şəxs tərəfindən satıcıya ödənilməlidir. Bu tam ödənilmədikdə, malı təhvil almış alıcı (müqavilədə nəzərdə tutulan müddətə qədər) məbləği ödəmək vəzifəsini icra etmədikdə satıcı alıcıya verilmiş əşyaya görə, ödənilməli olan pul məbləğini ona ödənilməsini və yaxu da həmin malın ona qaytarılmasını tələb edə bilər. 
Belə olduqda, həmin əşya başqa şəxslərə satıla bilməz. Satıldıqda belə, həmin əşyaya görə ödənilməli pul məbləğini ilkin alıcı (məhsulu ilk alan) məbləği satıcıya tam ödəməlidir. (Modern.az)

Biznes     Tarix: 18 aprel 2025

Oxşar xəbərlər

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara


iqtisadi xeberler bu gunun xeberleri iqtisadiyyat xeberleri bitkoin almaq bitcoin qiymeti