Kürdəmirdə avtomobil aşdı - 3 nəfər xəsarət aldı
Kürdəmir rayonunda avtomobil aşıb, 3 nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 29 yaşlı Əhmədov Bəxtiyar Zaur oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil yolda hərəkətdə olarkən anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan iki sərnişin, Gəncə şəhər sakinləri – 28 yaşlı Əhmədova Səbinə Vaqif qızı ilə 60 yaşlı Məmmədova Yeganə Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.//Report
ABŞ-da işsizlik sığortası müraciətləri azalıb
ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y
Azərbaycan xaricdən ət alışını azaldıb
Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə
Buğda idxalı 1 milyon tonu keçdi
Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar