Lavrov: "Ukrayna ilə danışıqların mənası yoxdur"
"Hazırkı vəziyyətdə Ukrayna ilə danışıqlar aparmağın mənası yoxdur".
Bunu RT və "RİA Novosti"yə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov Kiyevlə danışıqlar prosesini şərh edərkən deyib.
O bildirib ki, Tehranda Türkiyə və İran liderləri ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsinə toxunub.
Nazir vurğulayıb ki, xüsusi əməliyyatların lap əvvəlində məhz Ukrayna rəhbərliyi danışıqların tərəfdarı olub: "Biz rədd cavabı vermədik, biz bu prosesə düzgün yanaşdıq. Və Belarusda baş tutan ilk raundlar göstərdi ki, Ukrayna tərəfində nəyisə ciddi şəkildə müzakirə etmək istəyi yoxdur. O zaman biz situasiya barədə onlara öz dəyərləndirmələrimizi təqdim etdik və dedik ki, əgər siz ciddi şəkildə çalışmaq istəyirsinizsə, bizə yazılı şəkildə bunu verin ki, biz konkret olaraq hansı danışıqlar barədə söhbət gedəcəyini bilək".
XİN başçısının sözlərinə görə, Ukrayna tərəfi bundan sonra yazılı formada öz istəklərini təqdim edib və bu prinsiplər Rusiya tərəfindən təqdir edilib.
Lavrov vurğulayıb ki, Moskva bu prinsiplər əsasında müqavilə bağlamağa hazır olub: "Biz onların məntiqlərinə əsaslanan sənədləri təqdim etdik. Və aprelin 15-dən sənəd onlara verildi, o vaxtdan bəri onlardan səs çıxmır".
Nazir Kiyevin cavab əvəzinə, Avropa liderlərinin "Ukrayna döyüş meydanında qalib gəlməlidir, indiki vəziyyətdə danışıqlar masasına oturmamalıdır, çünki cəbhədə mövqeləri zəifdir" kimi bəyanatlar səsləndirdiyini qeyd edib.
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət