Leonid Slutski Azərbaycan Prezidentini təbrik etdi

Leonid Slutski Azərbaycan Prezidentini təbrik etdiRusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri, Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
KONKRET.az xəbər verir ki, məktubda deyilir:
"Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən və böyük məmnuniyyətlə təbrik edirəm. Ən səmimi arzularımı, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar diləklərimi, ən yüksək ehtiramımı qəbul edin. Sizin həyat və fəaliyyətiniz Azərbaycan xalqının həyatı və taleyi ilə ayrılmaz surətdə bağlıdır. Siz xalqınızın rifahı üçün qüvvə və səylərinizi əsirgəmirsiniz. Sizin biliyiniz, təcrübəniz, iradəniz, doğma respublikanıza sevginiz, geniş dünyagörüşünüz və idarəçilik istedadınız sanballı nəticələr verib və Azərbaycanın imkanlarının daha da inkişaf etdirilməsi ilə bağlı ən mürəkkəb məsələlərin həllinə, onun mənafelərinin müdafiəsinə və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Dəfələrlə demişəm və bir daha təkrar edirəm, Siz dahi atanızın layiqli varisi və onun işlərinin istedadlı davamçısısınız. Bu gün o, Sizinlə fəxr edərdi, çünki Siz Heydər Əliyevin Azərbaycan üçün doğru inkişaf yolu tapmaq, müstəqillik, beynəlxalq arenada respublikanın siyasi, iqtisadi və sosial mövqelərinin möhkəmlənməsində sanballı uğurlar qazanmaq arzularını həyata keçirirsiniz.
Hörmətli İlham Heydər oğlu, Sizin artıq püxtələşmiş, təcrübəli, qətiyyətli, uzaqgörən, alicənab dövlət xadimi kimi davam etdirdiyiniz siyasət hərtərəfli ölçülüb-biçilmiş siyasətdir. Fərəhlə qeyd edirəm ki, cari ildə qəbul olunmuş Moskva Bəyannaməsində Moskva ilə Bakının müttəfiqlik münasibətləri kimi elan edilmiş dostluq və mehriban qonşuluq münasibətləri Sizin sayənizdə bu gün yeni, daha yüksək səviyyəyə çatıb. Rusiya tərəfi Azərbaycan ilə dostluğu səmimi-qəlbdən yüksək qiymətləndirir və bu, Cənubi Qafqazdakı bütün dövlətlərlə münasibətləri inkişaf etdirməyə, həmin regionda etimad, sülh və təhlükəsizlik tədbirlərini möhkəmlətməyə imkan verir. Bu münasibətlər, şübhəsiz, tarixdə Sizin adınızla qalacaqdır. Bizim yoldaşlıq münasibətlərimizə görə çox məmnunam və bunu yüksək qiymətləndirirəm. Sizinlə və mehriban ailənizlə görüşlərə həmişə şadam.
Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə bir daha möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar, Sizin şəxsinizdə bütün əməksevər Azərbaycan xalqına firavanlıq, nailiyyətlər, sülh, tərəqqi arzularımı və ən xoş diləklərimi bildirim".

Xəbərlər     Tarix: 26 dekabr 2022

Oxşar xəbərlər

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler dollarin kursu bu gun biznes xeberleri bitcoin qiymeti avtomobil xeberleri