Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində oldu

Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olduHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olub.
KONKRET.az AzərTAC-a istinadən xəbər verir ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ölkəmizdə əlilliyi olan şəxslərin və şəhid ailələri üzvlərinin, digər həssas qrupların sosial dəstəklə təmin olunması, onların sosial inteqrasiyası sahəsində aparılan fəal dövlət siyasətinin növbəti təzahürüdür.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Mərkəz 121 nəfərlik auditorium, müxtəlif peşə-yaradıcılıq otaq və studiyaları, kitabxana, inzibati otaqlar, yeməkxanadan və s. ibarətdir. Hazırda mərkəzdə 266 nəfər benefisiar təlim alır. Onlardan 60 faizə qədəri əlilliyi olan şəxslərdir. Mərkəzdə 14 istiqamətdə (musiqi, kapoeyra, badminton, atçılıq, rəqs, təsviri incəsənət, dulusçuluq, floristika, bağçılıq və landşaft dizaynı, bədii oyma, dərzilik, modelyer sənəti , xalçaçılıq, səhnə, kulinariya, fotoqrafiya və s.) təlimlər təşkil olunur. Ötən bir ildə mərkəzdə 20-dən çox tədbir, forum, sərgi-satış yarmarkası, konsert proqramı və s. təşkil edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərkəzdə benefisiarların istedad və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün aparılan işlərlə, benefisiarların əl işlərindən ibarət sərgi və təlim prosesi ilə tanış olub, A.P.Çexovun eyniadlı pyesi əsasında mərkəzdə hazırlanmış "Təklif" tamaşasını izləyib.
Tamaşada kübar görünməyə çalışan cəmiyyətin problemləri əksini tapır. Vodevil (zarafat) janrında olan, 23 nəfər yaradıcı heyətdən ibarət tamaşanın 7 baş rol ifaçısından 5-i müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərdir.

Xəbərlər     Tarix: 10 noyabr 2022

Oxşar xəbərlər

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler valyuta mezennesi biznes xeberleri valyuta xeberleri dollarin kursu bu gun