Listinqə ilk dəfə daxil ediləcək səhmlərin emitentləri xidmət haqqından azad edilib
Bu gündən "Bakı Fond Birjası" QSC-nin (BFB) listinqinə ilk dəfə daxil edilən səhmlərin emitentləri gələn ilin sonuna qədər listinq üzrə xidmət haqqından azad edilib.
"Report" xəbər verir ki, bu barədə BFB məlumat yayıb.
Məlumata görə, bu addım listinqdə olan səhmdar cəmiyyətlərin sayının artırılması və ümumilikdə BFB-nin bazar kapitallaşmasının yüksəldilməsinə hədəflənib.
"Kapital bazarının təşviq edilməsi məqsədilə BFB bir neçə istiqamət üzrə tədbirlər həyata keçirməkdədir. Belə ki, özəl sektorun kapital bazarından maliyyələşmə təşəbbüslərinin və fond birjasında listinqinin təşviqi məqsədilə listinq tələbləri sadələşdirilib və kapital bazarında stimullaşdırıcı tarif rejiminin tətbiqinə başlanılıb. Eyni zamanda, korporativ qiymətli kağızların kütləvi təklifinin stimullaşdırılması üçün Birja anderraytinq xidməti göstərən investisiya şirkətlərinin mükafatlandırılması mexanizmi tətbiq edir. Bu, öz növbəsində qiymətli kağızların kütləvi təklif üsulu ilə Birjada yerləşdirilməsi imkanlarına müsbət təsir göstərməkdədir. Bununla yanaşı, Birja müvafiq dövlət qurumları və investisiya şirkətlərinin iştirakı ilə paytaxtda və ölkəmizin regionlarında intensiv maarifləndirmə tədbirləri təşkil etməkdədir", - deyə məlumatda qeyd olunub.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Kriptovalyuta nədir?