Liviya Azərbaycana yeni səfir TƏYİN ETDİ
Xarici işlər naziri Ceyhun Bayramov Liviya Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Ali Salem Naser ilə görüşüb.
Bu barədə KONKRET.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
C.Bayramov səfir Ali Salem Naserin etimadnaməsinin surətini qəbul edərək səfiri təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycanla Liviya arasında tarixi, dini və mədəni bağlardan söz açaraq, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıb. Bu xüsusda, istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlıqdan məmnunluq ifadə olunub.
C.Bayramov, həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğalın acı nəticələri, 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, qaçqın və məcburi köçkünlərin bölgəyə geri qayıdışı prosesi haqqında qarşı tərəfi məlumatlandırıb.
Səfir qəbula görə nazirə təşəkkür edərək ona Liviya Dövləti xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin salamlarını çatdırıb. Azərbaycanda fəaliyyət göstərəcəyi üçün məmnunluq duyduğunu ifadə edən səfir Ali Salem Naser, fəaliyyəti dövründə Azərbaycan Liviya arasında dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə, həçminin iki ölkə arasında gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılaraq bu istiqamətdə böyük potensialın olduğu diqqətə çatdırılıb.

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Necə Bitcoin almaq olar?
Biznes plan necə yazılır?
Françayzinq nədir və necə olur?