Mario Draqi hökumətinə etimad səsverməsi keçiriləcək

Mario Draqi hökumətinə etimad səsverməsi keçiriləcəkİyulun 20-də İtaliyada Baş nazir Mario Draqinin rəhbərlik etdiyi geniş iştiraklı koalisiya hökumətinin gələcək taleyi həll olunacaq. Belə ki, parlamentin aşağı və yuxarı palatalarında müzakirələr aparılacaq və etimad səsvermələri keçiriləcək.
Baş nazir hökumətdəki hazırkı böhranla əlaqədar əvvəlcə parlamentin yuxarı palatası Senata məlumat verəcək, Senat Baş Assambleyasında rəhbərlik etdiyi hökumət üçün etimad səsverməsi tələb edəcək. Daha sonra isə parlamentin aşağı palata olan Nümayəndələr Palatasına çıxış edəcək, burada da etimad səsverməsi keçiriləcək. Mario Draqinin rəhbərlik etdiyi hökumətin gələcəyi bu çıxışlar və etimad səsvermələrindən sonra həll olunacaq.
Hökumət böhranına səbəb nə oldu?
Mario Draqinin rəhbərlik etdiyi hökumətinin koalisiya tərəfdaşı partiyalardan biri olan "5 Ulduz Hərəkatı"nın (M5S) iyulun 14-də Senatda keçirilən səsverməni boykot etməsi İtaliyada hökumət böhranına gətirib çıxardı. "5 Ulduz Hərəkatı"nın üzvləri hökumətin ailələrin və müəssisələrin artan enerji qiymətləri ilə mübarizəsi üçün hazırladığı təxminən 23 milyard avro dəyərindəki iqtisadi yardım paketi ilə bağlı səsvermədə iştirak etmədilər.
Sözügedən paket Senatdakı səsvermədə qəbul edilsə də, daha əvvəl "5 Ulduz Hərəkatı" olmadan hökumətə rəhbərlik etməyəcəyini bildirən Mario Draqi iclasdan sonra Nazirlər Şurasının sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Lakin İtaliya Prezidenti Sercio Mattarella Mario Draqinin istefa ərizəsini qəbul etməyib.
Mario Draqinin vəzifədə qalması üçün müxtəlif dairələrdən çağırışlar edilir
74 yaşlı texnokrat liderin Baş nazir kimi öz postunda qalması üçün bələdiyyə sədrlərindən tutmuş din xadimlərinə və idman ictimaiyyətinə qədər müxtəlif dairələrdən çağırışlar olunub. Belə ki, paytaxt Roma, eləcə də Milan, Florensiya və digər böyük şəhərlər də daxil olmaqla indiyədək təxminən 1600 bələdiyyə sədri, sənayeçilər, professorlar, din və idman ictimaiyyəti Mario Draqinin qlobal qeyri-müəyyənlik və COVID-19 epidemiyası kimi çətinlik fonunda hökumətə rəhbərlik etməsini istəyirlər.
İtaliyanın müxtəlif şəhərlərdə M.Draqinin vəzifədə qalması tələbi ilə aksiyalar keçirilib.
Siyasi müstəvidə müxtəlif ssenarilər gündəmdədir
Ölkənin siyasi dairələrində hökumətin gələcəyi ilə bağlı müxtəlif ssenarilər səsləndirilir. Hazırkı parlament bölgüsündə M.Draqi hökuməti "5 Ulduz Hərəkatı"nın dəstəyi olmadan etimad səsi ala bilər. Lakin Baş nazir etimad səsverməsinə baxmayaraq, öz istefa qərarının arxasında dayanarsa, bu səbəbdən hökumət dağıla bilər.
Gündəlikdəki digər ssenari isə növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyüdür. Əgər M.Draqi istefa qərarında qalarsa, o zaman Prezident Sercio Mattarella parlamenti buraxacaq və 2023-cü ilin ilk aylarında keçirilməsi planlaşdırılan ümumi seçkilər gündəmə gələcək. Bu ssenari reallaşarsa, seçkilər cari il sentyabrın son həftəsi və ya oktyabrın əvvəlində keçirilə bilər. Həmin müddətə qədər isə müvəqqəti hökumətin formalaşdırılması gündəmdədir.
Xatırladaq ki, Mario Draqinin başçılıq etdiyi geniş iştiraklı koalisiya hökuməti COVID-19 epidemiyasının yaratdığı sağlamlıq və iqtisadi böhran şəraitində milli birlik hökuməti olaraq 2021-ci il fevralın 13-də qurulmuşdu. Bu hökuməti İtaliya parlamentində təmsil olunan 10 siyasi partiya dəstəkləmişdi.

Xəbərlər     Tarix: 20 iyul 2022

Oxşar xəbərlər

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət


iqtisadi xeberler dollar manat kursu bank faizleri bitcoin 1000 manatla biznes